Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Heydər Əliyev siyasi kursu: sabitlik, güclü iqtisadiyyat və uğurlu xarici siyasətin mükəmməl vəhdəti

Heydər Əliyev siyasi kursu: sabitlik, güclü iqtisadiyyat və uğurlu xarici siyasətin mükəmməl vəhdəti

Müstəqil Azərbaycanın memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi kursunun analizi daim diqqət mərkəzində olmalıdır. Çünki bu kurs çoxtərəfli, müasir tələblərə tam cavab verən və çevik manevrlər etməyə imkan yaradan mükəmməl idarəetmə sistemidir. İllər keçdikcə Heydər Əliyevin dövlət xadimi kimi Azərbaycanın müstəqilliyində və idarə edilməsinin demokratikləşməsindəki əvəzsiz rolu daha aydın görünür. Hər keçən gün bu siyasi kursun istənilən sürətlə dəyişən situasiyaya adaptasiya potensialının möhtəşəmliyini sübut edir. Təcrübə göstərir ki, Ulu Öndərin siyasi kursu XXI əsrin bütün sınaqlarından uğurla çıxmaqdadır. Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyev konkret proqramlarla bu kursun çox böyük potensiala malik olduğunu və onun nəzəri aspekti ilə praktiki tətbiqi arasında sıx bağlılığın mövcudluğunu təsdiq edir. Bütövlükdə Heydər Əliyevin siyasi kursu haqqında çox yazmaq olar. Bu məqalədə biz yalnız bir sıra məqamlara qısa təhlili nəzər salmaq istərdik.

Hər zaman ehtiyac duyulan qüdrətli şəxsiyyət: Heydər Əliyev fenomeni və müstəqil Azərbaycan

Ulu öndər Heydər Əliyevin böyük siyasi və dövlət xadimi kimi fəaliyyəti uzun illərdir ki, müxtəlif aspektlərdən analiz edilir. Ancaq hər keçən gün bu prosesin davam etdirilməsi zərurətini bir daha qarşımıza qoyur. Bunun çox ciddi nəzəri və praktiki səbəbləri vardır. Çünki Heydər Əliyev nadir şəxsiyyətlərdəndir ki, xalqın, dövlətin və cəmiyyətin ona hər zaman ehtiyacı vardır. Ümummilli Lider ictimai-siyasi fəaliyyəti, dövlət quruculuğunda oynadığı rolu, müstəqil Azərbaycanın varlığı və inkişafı üçün hazırladığı mükəmməl kursu ilə həmişəyaşardır. Heydər Əliyevin hər bir kəlməsinə ehtiyac vardır. Ulu Öndərin başlıca əsəri müstəqil Azərbaycandır və nə qədər ki, bu dövlət yaşayır, Heydər Əliyev də yaşayır. Azərbaycanın müstəqilliyi əbədi olduğundan, Ümummilli Lider də əbədidir.

Hamıya məlumdur ki, Heydər Əliyevin xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıdışı ərəfəsində Azərbaycanda ictimai-siyasi vəziyyət heç də ürəkaçan deyildi. O dövrdə baş verənlər barədə kifayət qədər yazılıb. Lakin ən dolğun qiyməti Prezident İlham Əliyev verib. Dövlət başçısı keçən əsrin 90-cı illərinin əvvəllərində naşı rəhbərliyin fəaliyyətsizliyi nəticəsində, ümumiyyətlə, müstəqil dövlətçiliyin təhlükə altında qaldığını vurğulayıb. Bu məqamı dərk etmədən Ulu Öndərin xilaskarlıq missiyasını tam dərk etmək mümkün deyil.

Doğrudan da, Heydər Əliyevin xilaskarlığı geniş mənanı əhatə edir. Burada ölkənin parçalanmadan, separatizmdən xilas edilməsi ilə mükəmməl dövlət quruculuğu kursunun reallaşdırılması vəhdət təşkil edir. Konkret ifadə etsək, Heydər Əliyev postsovet məkanında yeganə siyasi lider oldu ki, həm ölkəni məhv olmaqdan qoruya bildi, həm də buna paralel olaraq müstəqil dövlət quruculuğu kursunu davamlı olaraq reallaşdırdı.

Həmin dövrdə bu işi görmək olduqca çətin idi. Çünki daxildəki separatçıların fəalıyyətindən başqa, kənardan da çox güclü təzyiqlər mövcud idi. Eyni zamanda, həm kənar təzyiqlərə sinə gərmək, həm daxildə separatçı qrupları neytrallaşdırmaq və dövlət quruculuğunu aparmaq fövqəladə iradə, uzaqgörənlik, siyasi təcrübə və iti zəka tələb edirdi. Heydər Əliyev müdrik siyasəti ilə bu vəzifənin öhdəsindən gəlmək naminə dövlət quruculuğu üçün vacib olan üç faktoru vahid sistemdə birləşdirə bildi. Bunlar güclü iqtisadiyyat yaratmaq, daxili sabitliyi təmin etmək və geosiyasi mənzərəni Azərbaycanın xeyrinə dəyişməkdən ibarət idi.

Birinci faktor, yəni güclü iqtisadiyyatın yaradılması daxili sabitlik və uyğun geosiyasi mühit olmadan mümkün deyildi. Ulu Öndər iqtisadi islahatları neft strategiyası ilə sıx bağlılıqda həyata keçirməyə başladı. Bununla həm iqtisadi potensialı gücləndirdi, həm də beynəlxalq aləmdən güclü dəstək aldı. "Əsrin müqaviləsi" bu prosesdə həlledici rol oynadı. 1995-1996-cı illərdə həmin siyasət nəticəsində Azərbaycanda sosial-iqtisadi vəziyyət sabitləşdi, ölkə davamlı inkişaf xəttinə çıxdı. Sosial-iqtisadi islahatları yalnız bundan sonra sürətləndirmək olardı.

Heydər Əliyev şərti olaraq ikinci mərhələ adlandırdığımız dövrdə ustalıqla siyasi və iqtisadi islahatlar apardı. Bunun üçün Ulu Öndər strateji əhəmiyyətli sistemli addımlar atdı. Həmin sırada Heydər Əliyev çox ağıllı kadr siyasəti həyata keçirdi. Ümummilli Lider gənc, enerjili, yüksək diplomatik hazırlığa malik İlham Əliyevi neft strategiyasının reallaşdırılması prosesinə cəlb etdi. Təcrübə göstərdi ki, bu, çox uğurlu bir addım oldu və Azərbaycan həmin istiqamətdə çox böyük uğurlar qazandı.

Yeri gəlmişkən vurğulayaq ki, İlham Əliyevin idarəetməyə cəlb olunması bütövlükdə Azərbaycanda müstəqil dövlət quruculuğu prosesində dirçəlişə nail olmağa imkan verdi. Konkret misal kimi İlham Əliyevin ötən 15 ildə həyata keçirdiyi proqramların verdiyi nəticələri göstərə bilərik. Məsələn, aqrar sektorda ardıcıl inkişaf təmin edilib. Bu, həyata keçirilən islahatlar, kənd təsərrüfatı məhsulları istehsalçılarına edilən güzəşt və yardımlar sayəsində mümkün olub. 2003-2018-ci illərdə meliorasiya sahəsinə əsaslı kapital qoyuluşu 21 dəfə artıb.

İlham Əliyevin 15 ildə həyata keçirdiyi ardıcıl və məqsədyönlü iqtisadi siyasət nəticəsində ölkə bazar iqtisadiyyatına keçid prosesini başa çatdırıb. Keçən müddətdə ÜDM-də özəl sektorun payı 80 faizdən çox olub. Makroiqtisadi sabitlik möhkəmləndirilib. Ölkə iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə MDB məkanında birinci yerə yüksəlib. İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun və bölgələrin davamlı yüksəlişi məqsədilə regionların sosial-iqtisadi inkişafına dair üç dövlət proqramı həyata keçirilib. Ötən dövr ərzində qeyri-neft sənayesi ardıcıl şəkildə inkişaf etdirilib. Müasir texnologiyalara əsaslanan minlərlə yeni müəssisə fəaliyyətə başlayıb.

Rəqəmlərlə ifadə edilsə, 15 il müddətində Azərbaycan iqtisadiyyatı 3,2 dəfə artıb. O cümlədən qeyri-neft sektoru – 2,8, sənaye istehsalı – 2,6, kənd təsərrüfatı isə – 1,7 dəfə böyüyüb. Qeyri-neft məhsulları sahəsində ixracat 4,1 dəfə artıb. Azərbaycanın valyuta ehtiyatları 1,8 milyard dollardan (2004) 46 milyard dollara (2018) çatdırılıb. 2003-2018-ci illərdə ölkə iqtisadiyyatına 250 milyard dollar həcmində investisiya qoyulub.

İqtisadiyyata yeni nəfəs verən digər faktları da göstərə bilərik. Bütün bu uğurlar Prezident İlham Əliyevin ifadə etdiyi kimi, Heydər Əliyevin əsasını qoyduğu dövlət quruculuğu kursunu inkişaf etdirmək sayəsində mümkün olub. Bu barədə dəfələrlə fikir bildirən dövlət başçısı İlham Əliyev başlıca inkişaf xəttinin məhz Ulu Öndərin müəyyən etdiyi daxili və xarici siyasəti müasir tələblərə uyğun inkişaf etdirməkdən ibarət olduğunu ayrıca vurğulayıb. Bu xətt daxili və xarici siyasətin bütün sferalarında müşahidə edilir.

Burada onu da vurğulamaq tam yerinə düşərdi ki, müstəqil dövlət quruculuğu prosesində Ümummilli Liderin miras qoyduğu irsin öyrənilməsi, təbliği və tətbiqində Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xidmətləri müstəsna əhəmiyyət kəsb edir. Mehriban xanım Əliyeva Ulu Öndərin irsinin öyrənilməsi istiqamətində irimiqyaslı proqramların həyata keçirilməsini aktiv dəstəkləyir. Ölkənin birinci xanımı Azərbaycan xalqının rifahının yüksəldilməsinə yönəldilmiş təşəbbüsləri himayə edir, elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələrə yardımçı olur. Mehriban xanım Əliyevanın bu fəaliyyəti geniş ictimaiyyət tərəfindən yüksək dəyərləndirilir.

Məsələyə daha geniş miqyasda yanaşdıqda Baş nazir Novruz Məmmədovun bir fikri çox düzgün olaraq qeyd etdiyini görürük. Novruz Məmmədov ifadə edib ki, son illərdə Prezident İlham Əliyevin uzaqgörən və müdrik rəhbərliyi nəticəsində Azərbaycanda yeni keyfiyyətli inkişaf modelinin formalaşmasına xüsusi diqqət yetirilir və bu istiqamətdə böyük işlər görülür. Eyni zamanda, ölkəmizdə iqtisadiyyat sahəsində islahatların dərinləşməsi, iqtisadiyyatın rəqabətliliyinin artırılması üçün önəmli addımlar atılır.

Üç aspektin sintezi və azərbaycançılıq: yeni idarəetmə fəlsəfəsinin bəhrələri

Yuxarıda vurğuladığımız kimi, Ulu Öndər iqtisadi islahatları daxili sabitliklə vəhdət şəklində aparırdı. Daxili sabitlik inkişafın təməlidir. Heydər Əliyev həm içəridə olan dağıdıcı ünsürləri zərərsizləşdirməklə, həm də xarici təzyiqlərə sinə gərməklə qısa zamanda sabitliyə nail oldu. Dünyanın aparıcı siyasi liderləri də etiraf edirlər ki, sabitlik olmayan yerdə davamlı inkişaf mümkün deyil. Məhz buna görədir ki, Türkiyənin mərhum Prezidenti Süleyman Dəmirəl Bakıda insanların firavan, təhlükəsiz yaşamasını nəzərdə tutaraq demişdi ki, bu, Heydər Əliyevin əldə etdiyi ən böyük tarixi nailiyyətlərdən biridir.

Daxili sabitliyin təmin edilməsində Ulu Öndərin azərbaycançılıq ideologiyasına yeni məzmun verməsi əhəmiyyətli rol oynadı. Azərbaycançılıq həm cəmiyyətdə münasibətlərin müasir dövrün tələblərinə uyğun tənzimlənməsinə, həm də müxtəlif mədəniyyətlərin qarşılıqlı əlaqəsinə təkan verilməsinə böyük imkanlar yaratdı. Təcrübə bunu tam sübut etdi. Bizim üçün çox əhəmiyyətlidir ki, məhz Heydər Əliyevin bu ideoloji konseptə verdiyi yeni məzmun Prezident İlham Əliyevə azərbaycançılığı yeni səviyyəyə yüksəltməyə əsas yaratdı. Nəticədə, Ulu Öndərin siyasətinin davamı kimi İlham Əliyev iki mühüm proqramı dövlət səviyyəsində reallaşdırmağa başladı. Onlardan biri Azərbaycan cəmiyyətində multikultural dəyərlərin bərqərar olunması, digəri isə sivilizasiyalar, mədəniyyətlər və dinlərarası dialoq mexanizmlərinin və formatlarının hazırlanmasıdır.

Sivilizasiyalar, dinlər və mədəniyyətlər arasında dialoqun təşkili azərbaycançılıq ideologiyasında milli ilə beynəlmiləl olanın vəhdəti prinsipinə əsaslanır. XXI əsrin tələbləri fonunda bu, çox mühüm məqamdır. Çünki heç də müstəqilliyini əldə etmiş dövlətlərin hamısında milli ilə bəşərinin vəhdətini təmin edən səmərəli ideoloji prinsip yoxdur. Azərbaycançılıqda isə Ulu Öndərin nəzəri olaraq müəyyən etdiyi həmin prinsipin praktiki olaraq yüksək səmərə verdiyini Prezident İlham Əliyev tam sübuta yetirdi. Məsələn, Azərbaycanda sivilizasiyalar, dinlər və mədəniyyətlərarası qarşılıqlı əlaqələrin genişləndirilməsi və dialoqun təşkili mexanizmi kimi "Bakı Prosesi", Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və Bakı Beynəlxalq Humanitar Forumu mövcuddur. Bir neçə ildir ki, bu üç mexanizm öz səmərəsini verməkdədir və onu bütün dünya qəbul edir. Cənubi Qafqazda buna bənzər ikinci nümunə yoxdur.

Ulu Öndərin azərbaycançılıq ideologiyasının konkret səmərəli təsdiqi olan multikulturalizmin dövlət siyasəti səviyyəsinə yüksəldilməsi də tarixi hadisədir. Azərbaycanda multikultural dəyərlər ənənəvi olaraq mövcud olub. Müasir mərhələdə isə onun dövlət siyasəti kimi reallaşdırılması prosesi gedir. Multikulturalizm müasir dövr üçün çox əhəmiyyətlidir. Qloballaşma avtomatik olaraq müxtəlif mədəniyyətlərin qarşılıqlı əlaqəsi məsələsini aktuallaşdırır. O cümlədən bir cəmiyyətdə yanaşı yaşayan və fərqli dinlərə mənsub olan insanların tolerant, dialoq və sülh şəraitində yaşamasının real fəlsəfi-ideoloji əsası olmalıdır. Azərbaycan təcrübəsi bütün dünyaya sübut etdi ki, ölkəmiz bu istiqamətdə konkret fəaliyyət göstərir. Artıq dünyanın tanınmış siyasi liderləri və ekspertləri multikulturalizmin Azərbaycan modeli haqqında danışırlar.

Bu, olduqca vacib prosesdir. Məsələ ondan ibarətdir ki, Ulu Öndərin yeni məzmun verdiyi azərbaycançılıq ideologiyasının müasirliyi və kreativ potensialı yüksəkdir. Deməli, müstəqil dövlət quruculuğu XXI əsrin tələblərinə cavab verən müasir ideoloji bazaya malikdir. Bizcə, həmin özəllik Heydər Əliyevin Azərbaycan xalqına və dövlətinə verdiyi ən qiymətli töhfələrdən biridir. Şübhə yoxdur ki, Prezident İlham Əliyev bu istiqamətdə müasir tələblərə uyğun yeni və səmərəli proqramlar həyata keçirməkdə davam edəcək. Dövlət başçısı Ulu Öndərin siyasi varisi olduğunu dəfələrlə sübut edib və bunun həmişə belə olacağına qətiyyən şübhə yoxdur.

Yuxarıda vurğulanan məqamlardan başqa, bir əhəmiyyətli tezisi də vurğulamaq mümkündür. Güclü iqtisadiyyat və daxili sabitliyin təmini azərbaycançılıq ideologiyasının mühüm aspektlərindən olan xarici siyasət prinsiplərinin real təntənəsini görməyə imkan verir. Azərbaycanın xarici siyasətini Ulu Öndər elə prinsiplər üzərində qurub ki, burada müxtəlif sahələrin vəhdətinə nail olmaq imkanı yaranıb. O cümlədən milli təhlükəsizlik enerji siyasəti ilə tam çulğaşıb. Hazırda Azərbaycanın milli təhlükəsizliyində enerji siyasətinin oynadığı rolu ekspertlər açıq etiraf edirlər. "Milli təhlükəsizlik" anlayışı müxtəlif aspektləri ehtiva edir. Burada nəhəng transmilli enerji və nəqliyyat layihələrinin ayrıca yeri və rolu vardır.

Konkret misal olaraq təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən sona çatdırılan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərini göstərə bilərik. Bu layihə energetik və iqtisadi faktorlarla yanaşı, geosiyasi amillərə də ciddi təsir göstərdi. Ulu öndər Heydər Əliyev ifadə edirdi ki, həmin layihə dünyanın geosiyasi xəritəsini yeniləşdirəcək. Bu proqnoz özünü tam doğrultdu. Özü də iki aspektdə.

Birincisi, Bakı-Tbilisi-Ceyhan energetika rolu baxımından böyük bir ərazidə geosiyasi qüvvələr nisbətini dəyişdi. Çünki müxtəlif dairələr ona mane olmağa çalışsalar da, Heydər Əliyevin yüksək iradəsi və diplomatik peşəkarlığı sayəsində bütün cəhdlər iflasa uğradıldı. Bununla da geosiyasət üçün mühüm əhəmiyyət kəsb edən bir tezis öz təsdiqini tapdı: postsovet məkanında müstəqil dövlətlər kənar təsirlər olmadan dünya əhəmiyyətli layihələr həyata keçirə bilər! Bunu Heydər Əliyev bütün dünyaya sübut etdi, İlham Əliyev isə buna yeni məzmun çalarları verdi!

Həmin çalarlar Bakı-Tbilisi-Ceyhanın geosiyasi rolunun ikinci aspekti ilə bağlıdır. Konkret olaraq bu layihənin reallaşması digər nəhəng proqramların da həyata keçirilməsi mümkünlüyünü siyasi şüurlara yeritdi. Budur, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri (uzunluğu 980 kilometr) istifadəyə verildi, 2014-cü il sentyabrın 20-də Cənub Qaz Dəhlizinin təməli qoyuldu. Bu layihə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində böyük rol oynayır. Avropanın yüksək səviyyəli rəsmiləri bunu açıq etiraf edirlər. Hətta Donald Tramp bu barədə açıq və qəti fikrini bildirib. Məhz Cənub Qaz Dəhlizinin Qərbin enerji təhlükəsizliyi üçün geosiyasi vacibliyini nəzərə alaraq, layihədə iştirak edən ölkələri sanksiyalardan kənarda tutub.

Cənub Qaz Dəhlizinin uzunluğu 3500 kilometr, dəyəri isə 40 milyard dollardan çoxdur. 2018-ci il mayın 29-da Bakıda Cənub Qaz Dəhlizinin, iyunun 12-də isə onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılış mərasimi keçirilib. Bütün bunlara 1994-cü il sentyabrın 20-də Bakıda imzalanmış "Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş"in ("Əsrin müqaviləsi") müddətinin 2017-ci il sentyabrın 14-də 2050-ci ilə qədər uzadılması fonunda nəzər salsaq, Ulu Öndərin nə dərəcədə uzaqgörən siyasi lider olduğuna bir daha əmin olarıq.

Qərb ölkələri hələ 1994-cü ildə imzalanan bir sazişin 2050-ci ilə qədər qüvvədə qalmasında maraqlıdır. Buna görədir ki, həmin müqavilənin vaxtı uzadılıb. Üstəlik, müqavilə Azərbaycan üçün daha səmərəli şərtləri nəzərdə tutur. Məsələn, yeni şərtlərə görə, SOCAR-ın payı 11 faizdən 25 faizə qaldırılmalı və mənfəət neftinin 75 faizi Azərbaycana verilməlidir. Bundan əlavə, 8 il ərzində xarici investorlar tərəfindən ölkəyə bərabər hissələrlə bonus kimi 3,6 milyard dollar ödəniləcəkdir.

Heydər Əliyevin müəyyən etdiyi xarici siyasət kursu Azərbaycana beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılmasında aktiv iştirak etməyə imkan yaradıb. Prezident İlham Əliyev bu istiqamətdə son dərəcə əhəmiyyətli təşəbbüslər irəli sürüb. Nəticədə, Avropa və Asiyanı birləşdirən Şərq-Qərb, Şimal-Cənub və Cənub-Qərb nəqliyyat dəhlizləri yaradılıb. Daha geniş kontekstdə bu, Azərbaycanı bütövlükdə "Bir Qurşaq, Bir Yol" layihəsi çərçivəsində aktiv bir müstəviyə çıxarıb. Azərbaycan hazırda Cənubi Qafqazın geosiyasi və nəqliyyat qovşağı funksiyasını yerinə yetirir.

Bunun təsdiqlərindən biri Bakı-Tbilisi-Qars dəmir yolunun, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, Abşeron Logistika Mərkəzinin tikintisi kimi layihələrin artıq reallaşdırılmasıdır. Bütövlükdə Avrasiyanın nəqliyyat xəritəsini yeniləşdirmiş Bakı-Tbilisi-Qars dəmir yolu regionda Azərbaycanın çox əhəmiyyətli təsir amili olmaqla onu tranzit daşımalar mərkəzinə çevirir.

Təbii ki, Azərbaycanın xarici siyasətində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olmaq xüsusi yer tutur. Bunun ümumi prinsiplərini ulu öndər Heydər Əliyev müəyyənləşdirib. Həmin aspektdə Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində ifadə edib ki, münaqişənin həlli üçün kifayət qədər geniş hüquqi baza vardır. Bununla yanaşı, yeni addımlar, xüsusilə ölkəmizin suverenliyi, sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü ilə bağlı mötəbər beynəlxalq təşkilatların qərar və qətnamələri, sazişlərdə əks olunan müddəalar Azərbaycanın mövqeyini daha da möhkəmləndirir. Bu nəticəyə Heydər Əliyevin müəyyən etdiyi xarici siyasət prinsiplərinə ciddi əməl edilməsi və gərgin zəhmət sayəsində gəlinib.

Danılmaz həqiqətdir ki, müstəqil Azərbaycan dövlətinin xarici siyasəti Heydər Əliyev siyasi kursunun məhsuludur. Bu siyasət son illərin sınağından uğurla çıxıb və Azərbaycanın dövlət suverenliyinin əbədiləşdirilməsinə möhkəm zəmin yaradıb. O cümlədən həmin siyasət Azərbaycanı regionun aparıcı dövlətlərindən birinə çevirib. Ayrıca qeyd edək ki, 2011-ci ildə Azərbaycan 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib. Ölkəmiz 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatında uğurla fəaliyyət göstərir və gələn ildən başlayaraq bu təşkilata sədrlik edəcəkdir. Bakıda Qoşulmama Hərəkatının zirvə görüşü keçiriləcəkdir.

Azərbaycan Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşdır. Bununla yanaşı, onu da unutmaq olmaz ki, Heydər Əliyevin xarici siyasət kursunda daha çox önəm verilən istiqamətlərdən biri qonşu ölkələrlə əməkdaşlığın genişləndirilməsi və tərəfdaşlığın təmin edilməsi ilə bağlı olub. Bununla əlaqəli Azərbaycan Prezidenti İlham Əliyev deyib: "Hesab edirəm ki, bu il qonşu ölkələrlə əlaqələrimiz yeni pilləyə qalxıbdır. Mənim qonşu ölkələrin dövlət, hökumət başçıları ilə çoxsaylı görüşlərim olub. Əldə edilmiş razılaşmalar həm ikitərəfli əlaqələrimizi möhkəmləndirir, eyni zamanda, regionda sabitliyin, təhlükəsizliyin, əməkdaşlığın inkişafına xidmət göstərir. Müsəlman ölkələri ilə bizim əlaqələrimiz həmişə olduğu kimi, diqqət mərkəzindədir. Bu, bizim xarici siyasətimizin prioritet məsələlərindən biridir".

Heydər Əliyevin xarici siyasət kursunda beynəlxalq təşkilatlarla əməkdaşlıq da xüsusi yer tutur. Ulu Öndərin BMT Baş Assambleyasının 49-cu sessiyasında söylədiyi nitqi bu baxımdan strateji əhəmiyyət kəsb edir. Heydər Əliyev həmin nitqində həm Azərbaycanın xarici siyasətinin ümumi prinsiplərini ifadə edib, həm də qlobal geosiyasi proseslərin inkişafı ilə bağlı maraqlı tezislər irəli sürüb. Ümummilli Lider BMT-nin dünya siyasətindəki fəaliyyətinin daha da aktivləşdirilməsi ilə əlaqədar konkret təkliflər irəli sürüb. Deməli, müstəqil Azərbaycanın xarici siyasəti kökündən beynəlxalq miqyasda özünü göstərən trendlərlə beynəlxalq hüquq normaları çərçivəsində sıx vəhdətdə olub.

Vurğulanan məqamlar bir daha təsdiq edir ki, ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarı kimi bütün istiqamətlərdə atılacaq addımların ümumi prinsiplərini zərgər dəqiqliyi ilə müəyyənləşdirib. Ümummilli Liderin bu mirası Azərbaycan dövlətçiliyini daim var etməyə qadirdir. Prezident İlham Əliyevin həyata keçirdiyi proqramlar, apardığı islahatlar, ordu quruculuğu kursu bu baxımdan Heydər Əliyev siyasi kursunun etibarlı əllərdə olduğunu nümayiş etdirir.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək