ELM VƏ TƏHSİL


“Heydər Əliyev və müasir gənclik” - ATMU-da tədbir

“Heydər Əliyev və müasir gənclik” - ATMU-da tədbir

Bakı, 2 fevral, AZƏRTAC

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Azərbaycan Gəncləri Günü münasibətilə “Heydər Əliyev və müasir gənclik” adlı tədbir olub.

Bu barədə AZƏRTAC-a ATMU-dan məlumat verilib. Bildirilib ki, tədbirdə ATMU-nun rektoru İlham Mədətov və Gənclər və İdman Nazirliyinin Vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sektorunun müdiri Elşən Hüseynov çıxış edərək əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib, Azərbaycan dövlətinə sahib dura biləcək sağlam düşüncəli gənc nəslə xüsusi qayğı göstərildiyini vurğulayıblar. Çıxış edənlər Ulu Öndər və Prezident İlham Əliyev tərəfindən imzalanan bir çox müvafiq sənədlərdə gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərinin, təşkilati-hüquqi əsaslarının aydın əks olunduğunu qeyd ediblər.

ATMU-nun Turizm biznesi kafedrasının dosenti Tərlan Növrəsli dahi lider Heydər Əliyevin və ölkə rəhbərinin gənclər siyasətindən söz açıb, qələmə aldığı “Mən şairəm” və “Külək” adlı şeirləri ilə gəncləri təbrik edib. ATMU-da menecment ixtisası üzrə təhsil alan Altun Əsədzadə “Vətən uğrunda” mahnısını ifa edib.

Sonda ATMU-nun sosial həyatında nümunəvi fəaliyyəti və fəallığı ilə fərqlənən tələbələrə sertifikatlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.