CƏMİYYƏT
Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş "Videomüsabiqə" keçiriləcək
Bakı, 6 may, AZƏRTAC
Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş videomüsabiqə keçiriləcək.
AZƏRTAC Binəqədi Rayon Gənclər və İdman İdarəsinin saytına istinadla xəbər verir ki, müsabiqədə iştirak etmək üçün ümummilli lider Heydər Əliyevin 99 illiyinə həsr olunmuş videoçarx hazırlamaq, hazırlanan videoçarxları mayın 9-dək [email protected] ünvanına və ya (055) 974-12-54 telefon nömrəsinə göndərmək lazımdır.
Müsabiqə nəticəsində seçilmiş ən yaxşı videoçarx Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Binəqədi Gənclər Evinin instaqram və feysbuk səhifələrində paylaşılacaq və qalib mükafatlandırılacaq.
İdarədən bildiriblər ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş silsilə tədbirlər bundan sonra da davam etdriləcək.