CƏMİYYƏT


Heyvanların identifikasiyası sahəsində Türkiyə təcrübəsi öyrənilir

Bakı, 12 mart, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Türkiyənin Anadolu bölgəsinin Heyvandarlıq Birliyi, “AzProtein Foods Group” və Azərbaycan Heyvandarlıq Assosiasiyasının rəhbərləri ilə görüş keçirib. Görüşün əsas müzakirə mövzusu ölkəmizdə heyvanların identifikasiya sisteminin yaradılması ilə əlaqədar olub.

Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı heyvanların identifikasiyası sahəsində Türkiyə təcrübəsinin Azərbaycanda tətbiq olunması və heyvandarlıqla bağlı hazırlanmış inkişaf proqramı üzrə fikir mübadiləsi aparılıb. Agentliyin sədri Qoşqar Təhməzli bildirib ki, yeni sistem ölkədə qida təhlükəsizliyinin təmin olunmasında müstəsna əhəmiyyətə malik olacaq.

Qeyd edək ki, sistem heyvanların həyatı boyu genetik xətt üzrə izlənməsi, damazlıq işinin təşkili, qida təhlükəsizliyi üzrə risklərin aşkar edilməsi və idarə olunması, xəstəliklərə qarşı baytarlıq tədbirlərinin icra edilməsinə imkan yaradacaq, ölkəmizin müasir qida təhlükəsizliyi standartlarına inteqrasiyasını sürətləndirəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.