SİYASƏT


Hikmət Hacıyev: Koronavirus müharibəsi hər bir vətəndaş qarşısında böyük məsuliyyət qoyur

Bakı, 30 iyun, AZƏRTAC

Dünya miqyasında koronavirus müharibə kimi qəbul edilməlidir. Bu müharibənin də öz qayda-qanunları var. Müharibə qaydalarının doğurduğu davranış formaları olmalıdır.

AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın iyunun 30-da keçirilən brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Dünyanın hər yerində koronavirus təhlükəsi aradan qalxmayınca biz bundan tam sığortalandığımızı deyə bilməyəcəyik. Dövlətlər tərəfindən müəyyən karantin tədbirləri görülür, sonra açılmalar olur və açılmalardan sonra artım müşahidə edilir. Sonradan yenidən karantin rejimləri tətbiq olunur. Bu tendensiyanı bu gün biz Avropa ölkələrində də görə bilərik”, - deyən Hikmət Hacıyev qeyd edib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah daim dövlətimizin başçısı İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarəti altında fəaliyyət göstərir.

Prezidentin köməkçisi bildirib ki, koronavirus müharibəsi hər bir vətəndaş qarşısında böyük məsuliyyət qoyur. Dövlətin gördüyü tədbirlərdə, qəbul olunan qərarlarda əsas məqsəd vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunmasıdır. Sevindirici hal ondan ibarətdir ki, bu gün Azərbaycanda ölüm miqyası bir o qədər də çox deyil. Lakin biz bu riskdən heç də tam şəkildə sığortalanmamışıq. Bu təhlükə hələ də davam etməkdədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.