DÜNYA


Hindistan milli valyutası ilə İrandan neft almaqda davam edəcək

Tehran, 2 noyabr, AZƏRTAC

Hindistan özünün milli valyutası – rupi ilə İrandan neft almaqda davam edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Hindistanın neft naziri Dharmendra Pradxan deyib. O bildirib ki, sanksiyalara baxmayaraq Hindistan İran ilə neft ticarətindən imtina etməyəcək.

Nazirin sözlərinə görə, yaxın zamanda Hindistan ilə İran arasında anlaşma imzalanacaq. Bu anlaşmaya əsasən, İrandan alınan neftə görə Hindistanın milli valyutası ilə ödəniş ediləcək. Hazırda Hindistanın Mərkəzi Bankı ilə İranın Pasargard Bankı arasında danışıqlar aparılır. Danışıqların nəticəsində anlaşma imzalanacaq və tərəflər milli valyuta ilə ticarət əlaqələrini davam etdirə biləcəklər.

Xatırladaq ki, Hindistan iri həcmdə neft idxal edən ölkədir. ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiya Hindistanın İrandan neft almaq imkanını məhdudlaşdırıb. Lakin Hindistan ABŞ-ın sanksiyalarına baxmayaraq İrandan neft alacağını bəyan etmişdi. Tərəflər arasında aparılan danışıqlardan sonra milli valyuta ilə neft ticarətinin davam etdirilməsi qərara alınıb.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.