DÜNYA


Hindistanda COVID-19-a yoluxanların sayı 7 milyonu ötüb

Pekin, 11 oktyabr, AZƏRTAC

Ötən gün Hindistanda COVID-19 infeksiyasına 73 min 792 yoluxma qeydə alınıb. Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 7 milyonu ötüb. Hindistan koronavirusa yoluxma sayı 7 milyonu ötən ikinci ölkədir.

AZƏRTAC Hindistanın Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, ötən gün COVID-19 infeksiyası səbəbindən 926 ölüm qeydə alınıb. Bununla da ölkədə pandemiya qurbanlarının sayı 108 min 286-ya çatıb.

Artıq iki aydır ki, Hindistan koronavirus pandemiyasının yeni episentrinə çevrilib. Avqustun əvvəlindən bəri sutkalıq ən çox yoluxma və ölüm Hindistanda qeydə alınır.

Hindistan hazırda ümumi yoluxma hallarının sayına görə ABŞ-dan sonra ikinci, ölüm sayına görə isə ABŞ və Braziliyanın ardından üçüncü sıradadır.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.