DÜNYA
Hindistanda avtobus qəzası nəticəsində 7 nəfər həlak olub
Bakı, 24 may, AZƏRTAC
Hindistanın cənub qərbində yerləşən Karnataka ştatında sərnişin avtobusunun yük avtomobili ilə toqquşması nəticəsində azı 7 nəfər həlak olub, 26 nəfər yaralanıb.
AZƏRTAC ANI informasiya agentliyinə istinadla xəbər verir ki, yol-nəqliyyat hadisəsi gecə saatlarında Xubli-Dxarvad şəhəri yaxınlığında baş verib. Avtobusun sürücüsü traktoru ötüb keçərkən qarşı hərəkət zolağına çıxıb və yük maşını ilə toqquşub. Xəsarət alanlar xəstəxanalara çatdırılıb. Qəza ilə bağlı təhqiqat başlayıb.
Hindistan ölümlə nəticələn yol-nəqliyyat hadisələrinin miqdarının ən yüksək olduğu ölkələrin reytinqində liderlərdən biri olaraq qalır. Belə ki, 2019-cu ildə ölkənin yollarında baş verən qəzalar zamanı 151 mindən çox ölüm halı qeydə alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]