DÜNYA


Hindistanda avtobus qəzası nəticəsində azı 16 nəfər həlak olub

Bakı, 4 iyul, AZƏRTAC

Hindistanın şimalında yerləşən Himaçal-Pradeş ştatında bu gün səhər saatlarında baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində azı 16 həlak olub.

AZƏRTAC PTI agentliyinə istinadla xəbər verir ki, sərnişin avtobusu dağlıq ərazidə hərəkət edərkən dərin dərəyə yuvarlanıb. İlkin məlumata görə, sürücü dağ yolunun mürəkkəb hissəsində idarəetməni itirib.

NDTV telekanalının məlumatına görə, avtobusda, həmçinin məktəbə gedən 40 şagird olub.

Xilasetmə əməliyyatı davam edir. Hakimiyyət orqanları ölü sayının artacağını istisna etmirlər. Hindistanın Baş naziri Narendra Modi hadisəni fəlakət adlandıraraq həlak olanların ailələrinə 200 min rupi (təxminən 2,5 min dollar) kompensasiya veriləcəyini bildirib. Yaralananlara isə 50 min rupi (təxminən 600 dollar) ödəniləcək.

Qeyd edək ki, Hindistan ölümlə nəticələn yol-nəqliyyat hadisələrinin sayının ən yüksək olduğu ölkələr sırasında liderlərdən biri olaraq qalır. Rəsmi statistikaya əsasən, 2019-cu ildə ölkənin yollarında baş verən avtomobil qəzaları nəticəsində 151 mindən çox ölüm halı qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.