DÜNYA


Hindistanda avtobus qəzasında ölənlərin sayı 50-yə çatıb

Pekin, 17 fevral, AZƏRTAC

Hindistanın Madhya Pradeş ştatında sərnişin avtobusunun körpüdən aşaraq 6 metr dərinlikdəki kanala düşməsi nəticəsində ölənlərin sayı 50-yə yüksəlib.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, içərisində təxminən 60 sərnişinin olduğu avtobusun düşdüyü kanaldan indiyədək 50 cəsəd tapılıb, 7 nəfər isə xilas olub. Hazırda itkin hesab olunan şəxslərin axtarışları davam edir.

Qeyd edək ki, hər il Hindistanda on minlərlə insan yol qəzalarının qurbanı olur.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.