DÜNYA


Hindistanda etiraz aksiyası keçirilir

Bakı, 8 yanvar, AZƏRTAC

Hindistanda 200 milyona yaxın insan bir sıra ümummilli həmkarlar ittifaqlarının və solçu hərəkatların çağırışı ilə ikigünlük ümummilli tətildə iştirak edir.

AZƏRTAC Rusiyanın TASS informasiya agentliyinə istinadla xəbər verir ki, etirazçılar sənayenin müxtəlif sahələrində əmək haqqının və pensiyaların artırılmasını, sosial şəraitin yaxşılaşdırılmasını, işsiz gənclər üçün iş yerlərinin açılmasını və s. tələb edirlər. Etiraz aksiyasının iştirakçıları hökuməti işçilərin maraqlarını qorumaqdan imtina etməkdə günahlandırırlar. Aksiyaya bəzi kəndli və fermer birlikləri də qoşulub.

Ölkənin bəzi bölgələrində etirazçılar dəmir və avtomobil yollarını bağlayıblar. Qərbi Benqal və Kerala ştatlarında polislə toqquşmalar olub.

Hindistan KİV-ləri qeyd edir ki, tətil şəhər, şəhərlərarası və dəmiryolu nəqliyyatına, bank sektoruna, sığorta şirkətlərinə, telekommunikasiya işinə təsir edə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.