ELM VƏ TƏHSİL
Hindistanda rəqəmsal pedaqogika ilə bağlı müzakirələr aparılacaq
Bakı, 25 iyul, AZƏRTAC
Dekabrın 16-dan 18-dək Hindistanın Vasakhapatnam şəhərində “Bəşəriyyət üçün təhsilin transformasiyası 2017 (BTT-2017)” mövzusunda beynəlxalq konfrans təşkil olunacaq.
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutundan AZƏRTAC-a bildiriblər ki, konfrans UNESCO-nun Mahatma Qandi adına Sülh və Dayanıqlı İnkişaf naminə Təhsil İnstitutunun təşkilatçılığı, Hindistanın İnsan Resurslarının İnkişafı Nazirliyinin və Andra Pradeş ştatının hökumətinin dəstəyi ilə keçiriləcək. Tədbirdə dinc və dayanıqlı cəmiyyət yaratmaq üçün rəqəmsal pedaqogika ilə bağlı müzakirələr aparılacaq. Dünyanın bir sıra ölkələrindən 1200-dək nümayəndənin qatılacağı konfransın işlək dili ingilis dilidir.
Konfrans və müraciət prosesi ilə bağlı bütün suallar [email protected] ünvanına göndərilməlidir.
Tədbirdə iştirak üçün qeydiyyat avqustun 15-də başa çatacaq.