DÜNYA
Hindistanda saxta spirtli içkidən 84 nəfər ölüb
Bakı, 23 fevral, AZƏRTAC
Hindistanda saxta spirtli içkidən 84 nəfər ölüb, 200 adam isə toksik zəhərlənmə diaqnozu ilə xəstəxanalara çatdırılıb.
AZƏRTAC Associated Press agentliyinə istinadla xəbər verir ki, Hindistanın Assam ştatındakı Qolaxat və Corhat rayonlarında çay plantasiyalarının işçiləri saxta likördən zəhərləniblər. Müəyyən edilib ki, ucuz qiymətə satılan bu içkinin tərkibində olan metil spirti insanın əsəb sistemini sarsıdır və bir çox hallarda ölümə səbəb olur.
Assam ştatının Səhiyyə Nazirliyindən bildiriblər ki, xəstəxanalara yerləşdirilmiş 200 nəfərdən bir neçəsinin vəziyyəti ağırdır. Polis saxta spirtli içki satan mağazaların sahiblərini və daha doqquz nəfəri həbs edib.
Ötən ay da Uttar Pradeş ştatında saxta spirtli içkidən 80 nəfər ölmüşdü.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]