DÜNYA


Hiroşimadakı Sülh Xatirə Muzeyi 70 milyonuncu ziyarətçisini qəbul edib

Tokio, 25 sentyabr, AZƏRTAC

AZƏRTAC xəbər verir ki, Yaponiyanın atom bombardmanına məruz qalmış Hiroşima şəhərindəki Sülh Xatirə Muzeyi 70 milyonuncu ziyarətçisini qəbul edib. Muzey bu şəhərə ABŞ silahlı qüvvələri tərəfindən atom bombası atılmasından düz 10 il sonra, 1955-ci ildə açılıb.

Yetmiş milyonuncu ziyarətçi olan Tiharu Hiraqa bildirib ki, avqustun 6-da anadan olduğuna görə o, Hiroşimaya səfər etməyi arzulayırdı. Bu şəhərə atom bombası 1945-ci il avqustun 6-da atılıb. T.Hiraqa deyib ki, dünyamızda müharibələrə yer olmamalıdır.

Muzeyin direktoru Kenzi Siqa isə ümid etdiyini bildirib ki, Şimali Koreya tərəfindən regionda gərginliyin artdığı bir vaxtda ziyarətçilər bütün dünyaya atom bombardmanının dəhşətlərini çatdırmalıdırlar.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.