MƏDƏNİYYƏT


Hollivud aktyoru “Prezident medalı” ilə təltif ediləcək

Bakı, 4 iyul, AZƏRTAC

Məşhur Hollivud aktyoru Denzel Vaşinqton “Prezident medalı” ilə təltif ediləcək.

AZƏRTAC xəbər verir ki, belə bir sərəncamı Ağ evin rəhbəri, ABŞ Prezidenti Co Bayden imzalayıb. Bu, D.Vaşinqton üçün nəinki əlamətdar nailiyyətdir, həm də bu il belə bir medalla mükafatlandırılan yeganə aktyor və incəsənət xadimidir.

D.Vaşinqtonun peşəkar mükafatlar siyahısına təkcə bu il daxil olmaqla Şekspirin “Maqbet” faciəsinin ekran işində iştirakına görə, eləcə də sənətçinin karyerasının əlli illiyini əhatə edən səkkiz nominasiya üzrə “Şöhrət” filminə görə “Ən yaxşı ikinci plan kişi rolu” və “Təlim günü” filminə görə “Ən yaxşı kişi rolu” üzrə ümumilikdə iki “Oskar” daxildir.

Qeyd edək ki, Hollivud aktyoru Denzel Vaşinqton kinematoqrafiyada nailiyyətlərinə görə “Toni” və “Qızıl qlobus” mükafatlarına da layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.