DÜNYA


Holokostdan 80 il sonra Almaniyada Hanuka bayramı qeyd edilib

Berlin, 3 dekabr, AZƏRTAC

“Burada, Berlində baş vermiş talan gecəsindən və bütün Almaniyada Şoa (Holokost) kimi insanlığa qarşı cinayətdən 80 il sonra tariximizin uçurumu üzərindən bir-birimizə əli uzatmağımız həqiqətən də bir hədiyyədir”.

AZƏRTAC xəbər verir ki, bu sözləri yəhudilərin Hanuka bayramı münasibətilə Berlindəki Brandenburq darvazaları qarşısında Avropanın ən iri Hanuka çırağının ilk şamını yandıran AFR Prezidenti Frank-Valter Ştaynmayer deyib.

Hanuka möcüzəsi barədə yəhudi rəvayətinə görə, çırağın içərisində cəmi bir günə çatacaq yağ olmasına baxmayaraq, o, 8 gün yanıb.

“Namümkün görünən, əslində, mümkündür. Biz antisemitizmlə razılaşa bilmərik - nə köhnəsi, nə yenisi, nə sakiti, nə də gurultulusu ilə. Mən məmnuniyyət hissləri keçirirəm ki, biz ölkəmizdə yenidən birlikdə Hanuka bayramını qeyd edə bilirik”, - deyə alman dövlətinin başçısı əlavə edib.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.