DÜNYA


Honkonq sakinlərinə 1280 dollarlıq elektron istehlak kuponları verilir

Honkonq sakinlərinə 1280 dollarlıq elektron istehlak kuponları verilir

Bakı, 7 aprel, AZƏRTAC

Honkonqun hakimiyyət orqanları pandemiya şəraitində istehlakı stimullaşdırmaq üçün aprelin 7-dən etibarən əhaliyə elektron kuponlar verməyə başlayıb.

AZƏRTAC RTHK radiostansiyasına istinadla xəbər verir ki, il ərzində 18 yaşdan yuxarı bütün əhali 10 min Honkonq dolları (1280 ABŞ dolları) alacaq və bu da ötən illə müqayisədə iki dəfə çoxdur.

Hazırda bu məbləğin yalnız yarısını “AlipayHK”, “Octopus”, “Tap & Go” və “WeChat Pay HK” ödəniş sistemləri vasitəsilə əldə etmək mümkündür. Həmin vəsaitin digər hissəsi isə ilin ortalarından başlayaraq paylanacaq.

“Ötən il ilk dəfə tətbiq etdiyimiz istehlak kuponu sxemi bazar əhval-ruhiyyəsinin yüksəldilməsində, yerli istehlakın stimullaşdırılmasında və iqtisadi bərpanın sürətləndirilməsində effektiv olub. Bu, həm də elektron ödənişlərin genişlənməsinə öz töhfəsini verib”, - deyə maliyyə məsələləri üzrə katib (nazir) Pol Çan bildirib.

Qeyd edək ki, bu proqram ölkə büdcəsinə 66,4 milyard Honkonq dollarına (8,5 milyard ABŞ dolları) başa gələcək.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.