REGİONLAR
Honq-konqlu mütəxəssis ADAU tələbələri üçün “Dördüncü sənaye inqilabı” mövzusunda onlayn mühazirə söyləyib
Bakı, 3 mart, AZƏRTAC
Honq-Konq Bilik İdarəetmə və İnnovasiya Tədqiqatları Mərkəzinin (KMIRC) direktoru, Honq-Konq Politexnik Universitetinin Təhsil İnkişaf Mərkəzində Təhsilin İnkişaf etdirilməsi üzrə mütəxəssisi Eric Tsui Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbələri üçün “Dördüncü sənaye inqilabı” mövzusunda onlayn mühazirə söyləyib.
ADAU-dan AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə keçirilən mühazirədə iştirak edən nazirliyin İnsan resursları şöbəsinin əməkdaşı Emin Əliyev, universitetin tədris işləri üzrə prorektoru Anar Hətəmov çıxış edərək mövzunun aktuallığı, ölkəmizin kənd təsərrüfatında tətbiq olunan innovativ texnologiyalar, aqrar təhsilin və elmin inkişafı barədə məlumat veriblər.
Professor Eric Tsuinin dördüncü sənaye inqilabında dəyişikliklərin xüsusiyyəti, sosial-iqtisadi inkişafda rolu, süni intellekt və digər maraqlı məlumatlar barədə təqdimatı tələbələrin böyük marağına səbəb olub.
Görüşdə iştirak edən universitetin ingilis bölməsi üzrə müvafiq ixtisaslarda təhsil alan tələbələrinin sualları mühazirəçi tərəfindən cavablandırılıb və o, tələbələrin fəallığına görə məmnunluğunu ifadə edib.