İQTİSADİYYAT


Hövsan Yaşayış Kompleksinin mənzillərinin təmir nümunələri təqdim olunub VİDEO

Bakı, 18 fevral, AZƏRTAC 

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli Fərmanı ilə təsdiq edilmiş, Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi qaydasına uyğun olaraq, Hövsan Yaşayış Kompleksinin bütün mənzilləri tam təmirli və istismara hazır vəziyyətdə vətəndaşlara təklif ediləcək.

Agentliyin İctimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildirilib ki, Yasamal Yaşayış Kompleksində olduğu kimi, Hövsan Yaşayış Kompleksinin mənzilləri də ənənəvi olaraq 2 cür təmir edilib. Belə ki, təmir növləri dizayn və rəng seçimi ilə fərqlənir. Bütün mənzillər yüksəkkeyfiyyətli tikinti materiallarından istifadə olunmaqla tikinti standartlarına uyğun zövqlə təmir edilib.

Güzəştlə satılacaq bu mənzillər mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təhvil veriləcək. Eyni zamanda, hər bir mənzilə rabitə, televiziya və internet xətləri də çəkilib.

Agentlik tərəfindən Hövsan Yaşayış Kompleksinin ilk mənzillərinin satışına hazırlıq məqsədilə görülən işlər çərçivəsində təmir nümunələri təqdim olunur. Təmirli mənzillərin görüntülərini təqdim edən videoçarx ilə agentliyin “www.mida.gov.az” internet-saytının ana səhifəsində “təmir nümunələri” keçidi vasitəsilə tanış olmaq mümkündür.

Tezliklə Hövsan Yaşayış Kompleksi haqqında məlumatların ətraflı təqdim olunduğu internet səhifəsi istifadəyə veriləcək. Səhifəyə daxil olmaqla hər bir mənzilin texniki göstəriciləri, təmiri və istifadə olunan inşaat materialları, habelə kompleksin baş planı və ərazisində yaradılan infrastruktur barədə daha ətraflı məlumat əldə etmək mümkün olacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.