CƏMİYYƏT


Hövsan qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakı, 24 iyun, AZƏRTAC

Suraxanı rayonunun Hövsan qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Bakı şəhər sakini İlham Babayev idarə etdiyi “VAZ-2106” markalı avtomobili qəsəbə ərazisində aşırıb. Qəza nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilən sürücünün həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.