“Hövzələri sintetik torlardan birlikdə təmizləyək” aksiyası çərçivəsində 69 ədəd sintetik tor yığışdırılıb
AzerTAg.az

Bakı, 30 mart, AZƏRTAC
“Hövzələri sintetik torlardan birlikdə təmizləyək” şüarı ilə start verilən aksiya çərçivəsində Xəzər dənizinin Bakı, Sumqayıt şəhərləri, Lənkəran, Siyəzən və Xaçmaz rayonları akvatoriyasında, Ağstafaçay, Şəmkir su anbarlarında, Kür və Həkəri çaylarında sintetik torlar aşkarlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, aksiya zamanı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən həmin su hövzələrindən, ümumilikdə 3 min 465 metr uzunluğunda 69 ədəd sintetik tor yığışdırılıb.
Aksiyanın həyata keçirilməsində məqsəd ölkənin su hövzələrində nəzarət tədbirlərini intensivləşdirmək, geniş ictimaiyyətin dəstəyi ilə balıq ehtiyatlarının mühafizəsi, qorunması işini möhkəmləndirmək və onların təbii populyasiyasının artımına nail olmaqdır.
Xəbərin mətnində orfoqrafik səhv var