DÜNYA


“Huawei” “5G” dəstəkli sürücüsüz işləyən "ağıllı” avtomobil təqdim edəcək

Bakı, 13 aprel, AZƏRTAC

"Yicai Global" nəşrinin məlumatına görə, Çinin "Huawei Technologies" şirkəti Şanxay avtosalonu çərçivəsində "Dongfeng Motor" adlı yerli avtomobil istehsalçısı ilə birgə hazırlanmış öz ilk "ağıllı" avtomobilini təqdim etməyə hazırlaşır.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, layihənin təfərrüatları ilə tanış mənbələr bildiriblər ki, nəqliyyat vasitəsi sərnişinlərin hərəkət zamanı informasiya əldə etməsi üçün "5G" şəbəkəsi və "bulud" funksiyalarını dəstəkləyəcək.

Cari ayın əvvəlində "Huawei" və "Dongfeng" şirkətləri Xubey əyalətində Syanyan şəhərinin səlahiyyətli nümayəndələri ilə razılaşma imzalayıblar. Partnyorlar 450 milyon dollar məbləği müqabilində avtonom avtomobil və bulud xidmətləri əsasında sərnişinləri sürücüsüz daşımağa və "5G" şəbəkəsində daimi informasiya mübadiləsi sayəsində tıxac və qəzalardan xilas olmağa imkan verən nəqliyyat platforması hazırlamağa söz veriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.