Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Humanizmin yüksək zirvəsi: dünyaya Bakı nümunəsi

Humanizmin yüksək zirvəsi: dünyaya Bakı nümunəsi

Azərbaycan paytaxtında VI Bakı Beynəlxalq Humanitar Forumu çox uğurla başa çatıb. Bu dəfə tədbirin ana mövzusu yaradıcılıq və insan inkişafı olub. Təbii ki, bu məsələlər bütövlükdə humanizm kontekstində müzakirə edilib. Forumda dünyanın müxtəlif guşələrindən yüzlərlə təmsilçi iştirak edib. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev əhatəli nitq söyləyib. Forum iştirakçıları iki gün ərzində mövzu ilə bağlı maraqlı müzakirələr aparıblar. Bu tədbir həm də ona görə əhəmiyyətli idi ki, Cənubi Qafqazda bir sıra dairələrin gərginliyi daha da artırmağa çalışması ilə ümumi mənzərə xeyli ziddiyyətli hala gəlib. Ermənistan bunların fonunda psevdohumanitar tədbir həyata keçirməyə cəhd göstərdi. Ancaq elə bir nəticəsi olmadı. Bakı Beynəlxalq Humanitar Forumunda isə bütün dünya üçün aktual olan və müxtəlif sahələri əhatə edən maraqlı məsələlərə toxunuldu. Bu reallığın fonunda tədbirin geosiyasi əhəmiyyəti aspekti üzərində geniş dayanmağa ehtiyac duyduq.

"Odlar Yurdu": həmrəylik və tolerantlıq məkanı

Azərbaycan humanitar əməkdaşlığa dair çoxlu sayda mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edib. Onların sırasında BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu, dünya dinləri liderlərinin zirvə görüşü, Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Beynəlxalq Humanitar Forumu kimi artıq bütün dünyada tanınan tədbirlər vardır. Vurğulanan tədbirlər göstərir ki, Azərbaycan faktiki olaraq bütün humanitar sahəni əhatə edən sanballı tədbirləri mütəmadi olaraq reallaşdırır. Burada sivilizasiyalar, dinlər, mədəniyyətlər, təhsil, elm, səhiyyə, ekologiya və digər humanitar sferalara aid problemlər müzakirə edilir. Sözün həqiqi mənasında Azərbaycan müasir aktual humanitar problemlərin ciddi müzakirə edildiyi məkana çevrilib.

Oktyabrın 25-26-da Bakıda keçirilən VI Beynəlxalq Humanitar Forumunun kifayət qədər yüksək nüfuzu vardır. Bu Forum 2010-cu ildə Azərbaycan və Rusiya prezidentlərinin təşəbbüsü ilə yaradılıb. Artıq sayca altıncı dəfədir ki, bu tədbir təşkil edilir. Hər il Foruma maraq daha da artır. Deməli, bu müzakirə formatı çox uğurlu alınıb. Builki tədbirdə 90-dan çox ölkədən və 24 beynəlxalq təşkilatdan 580-dən artıq nümayəndə iştirak edib. O cümlədən 15 ölkədən 40-dan çox deputat, 46 ölkənin diplomatik nümayəndəliklərinin başçıları, çoxsaylı şirkət rəhbərləri, elm xadimləri, ekspertlər qatılıblar.

Mövzusu "Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı" olan Forumda ümumilikdə iki gün ərzində müxtəlif sessiya və panellərdə 150-dən çox məruzə dinlənilib. Forumda gələcək dünyamızı formalaşdıracaq kreativ ideyalar və onların həyata keçirilməsi yollarının axtarılması məsələləri ətrafında müzakirələr olub.

Forumun bu mövzuya müraciət etməsinin səbəbləri vardır. Hər kəs qəbul edir ki, çağdaş dünyamızda insan faktorunun əhəmiyyəti daha da artıb. Təəssüf ki, bu məsələdə müsbət məqamlarla yanaşı, narahatlıq doğuran faktorlar da yer almaqdadır. Bütövlükdə alimlər insanın inkişafı məsələsi üzərində geniş dayanırlar. Hesab edilir ki, bu prosesdə başlıca rollardan birini insanın kreativ imkanlarının daha da inkişaf etdirilməsi oynaya bilər.

Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində bu məsələnin geniş müzakirəsi müasir tələblər işığında çox əhəmiyyətli iş təsiri bağışlayır. İnsanın inkişafının birbaşa yaradıcılıqla əlaqələndirilməsi əsl humanitar yanaşmadır. Burada mədəniyyət, sivillik, humanizm ilə yanaşı, mənəvi-əxlaqi çalar da mövcuddur. Aparılan müzakirələrdə də bu məqam geniş yer alıb.

Şübhəsiz ki, Forumun işinə Prezident İlham Əliyevin tədbirdə söylədiyi dərin məzmunlu nitqi xüsusi təkan verib. Dövlət başçısı faktiki olaraq tədbirin fəaliyyətini əhatə etməli olan bütün məsələlərdən lakonik şəkildə bəhs edib (bax: Bakıda VI Beynəlxalq Humanitar Forum işə başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev Forumun rəsmi açılış mərasimində iştirak edib /AZƏRTAC, 25 oktyabr 2018).

Prezident İlham Əliyev Azərbaycanın bu kimi tədbirləri keçirməyə tam haqqı olduğunu konkret faktlarla bir daha sübut edib. Dövlət başçısı vurğulayıb ki, "ənənəvi dinlərin məbədlərinin – katolik, pravoslav kilsələrinin, sinaqoqların bərpası və tikintisi Azərbaycanda reallıqdır. Bu reallıq ölkəmizdə çox gözəl ictimai iqlim yaradır" (bax: əvvəlki mənbəyə).

Multikulturalizm və milli dəyərlər: vəhdət axtarışı yolunda

Bu istiqamətdə fikirlərinə davam edən ölkə rəhbəri ifadə edib: "Azərbaycanda multikulturalizm dövlət siyasətidir. Biz öz milli, dini ənənələrimizə çox bağlıyıq, sadiqik və milli dəyərlər gələcək inkişafımız üçün xüsusi rol oynayır. Deyə bilərəm ki, müasir Azərbaycan dövləti çox dərin milli dəyərlər, milli-mənəvi dəyərlər üzərində qurulubdur" (bax: əvvəlki mənbəyə).

Deməli, Azərbaycanda insan inkişafı üçün zəruri olan bütün dəyərlər göz bəbəyi kimi qorunur. Burada müxtəlif dinlərə məxsus mədəni abidələr saxlanılır, hər kəsin dini mənsubluğuna böyük hörmət vardır və eyni zamanda, Azərbaycan milli-mənəvi dəyərlərinə çox böyük önəm verən cəmiyyətdir. Multikulturalizm azərbaycanlıların yaşam fəlsəfəsidir, həyat tərzidir.

Bunlarla yanaşı, "...biz dünyaya açığıq. Azərbaycan dünyada multikulturalizmin ünvanlarından birinə çevrilibdir və bu şərəfli status artıq dünya birliyi tərəfindən tanınır... Göstərmək istədik ki, multikulturalizm Azərbaycanda həm dövlət siyasətidir, həm həyat tərzidir, eyni zamanda, biz dünya birliyinin diqqətini bu məsələyə cəlb etməyə çalışdıq" (bax: əvvəlki mənbəyə).

Bu səbəbdəndir ki, Forumda multikulturalizmin Azərbaycan təcrübəsi geniş müzakirə olunub. Dünyanın hər yerindən gəlmiş mütəxəssislər bir daha əmin olublar ki, multikulturalizm dövlət siyasəti səviyyəsinə yüksəldiləndə kifayət qədər müsbət nəticələr almaq mümkündür ki, bu da müxtəlif dairələrdə multikulturalizmlə bağlı ziddiyyətli fikirlərin səslənməsinin düzgün olmadığını təsdiq edir. Prezident İlham Əliyevin bu kontekstdə tədbirdəki nitqində səsləndirdiyi bir tezis bütövlükdə Forumun əsas fikri kimi qəbul edilə bilər. Ölkə rəhbəri ifadə edib: "Biz multikulturalizmin bəhrəsini gündəlik həyatda görürük. Bu gün Azərbaycanda yaşanan sabitlik, vətəndaş həmrəyliyi, milli həmrəylik, o cümlədən bu dəyərlərə əsaslanır" (bax: əvvəlki mənbəyə).

Əslində, bu fikirlərdə Forumda müzakirə edilən problemlərin bütün humanitar çalarları dolğun və əhatəli şəkildə ifadə olunub. Çünki hər bir ölkənin və bütövlükdə bəşəriyyətin başlıca amalı sabitliyə, insanlar arasında irqindən və dinindən asılı olmayaraq həmrəyliyə və bütün dəyərlərin qorunmasına çalışmaqdan ibarətdir. Azərbaycan suveren və müstəqil dövlət olaraq buna nail olmağın konkret modelini təklif edir. Həm də özü bu modeli reallaşdıraraq konkret nəticələr əldə edib.

Bu özəllik Azərbaycanın yalnız daxili siyasətinə aid deyil. Xarici siyasətdə də rəsmi Bakının humanitar dəyərlərə böyük hörməti hər addımda açıq görünür. Bu sırada dövlət başçısının Forumda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli və sülh yolu ilə həllindən bəhs etməsi xüsusi vurğulanmalıdır. İlham Əliyev bu məsələni çox haqlı olaraq humanitar fəlakət kontekstində təqdim edib. Prezident nitqində vurğulayıb: "...biz humanitar əməkdaşlığa çox böyük əhəmiyyət veririk. Bu məsələlər dost ölkələrlə həm ikitərəfli formatda, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində daim gündəlikdədir. Ancaq biz özümüz böyük humanitar fəlakətlə üzləşmişik" (bax: əvvəlki mənbəyə).

Buradan aydın görünür ki, Azərbaycan rəhbərliyi ölkənin ciddi humanitar fəlakətlə üz-üzə qalmasına rəğmən xarici siyasətdə daim humanitar əməkdaşlığa, o cümlədən həmrəyliyə böyük önəm verir (məsələn, İslam həmrəyliyi və ya "Bakı prosesi" vasitəsilə İslam Əməkdaşlıq Təşkilatı ilə Avropa Şurası arasında real dialoq yaratmaq istiqamətində aparılan işlər). Bu, mahiyyətcə demokratik olan dövlətin fəaliyyətində özünü göstərə bilər. Azərbaycan bütün dünyaya sözün həqiqi mənasında əməkdaşlıq, dostluq, qarşılıqlı hörmət və ədalət prinsiplərinə ciddi əməl edən dövlət olduğunu nümayiş etdirməkdədir!

Beləliklə, VI Bakı Beynəlxalq Humanitar Forumu çox mühüm məsələləri müzakirə etməklə dünyada barışın, əməkdaşlığın, humanizmin və sülhün bərqərar olması işinə özünün növbəti töhfəsini verib. Azərbaycan rəhbərliyi konkret proqramları ilə regional və qlobal miqyaslarda qarşılıqlı faydalı əməkdaşlığın təmin edilməsi istiqamətində əhəmiyyətli addımlarını atmağa inamla davam edir. Şübhə yoxdur ki, növbəti, VII Bakı Beynəlxalq Humanitar Forumu da bu vəsilə ilə uğurla təşkil ediləcəkdir.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib