Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Hüseyn Əlixanov: Prezident İlham Əliyevin Sərəncamı Penitensiar Xidmətin təkmilləşdirilməsinə və müasirləşdirilməsinə xidmət edir

Hüseyn Əlixanov: Prezident İlham Əliyevin Sərəncamı Penitensiar Xidmətin təkmilləşdirilməsinə və müasirləşdirilməsinə xidmət edir

Bakı, 17 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il 10 fevral tarixli Sərəncamı Penitensiar Xidmət tərəfindən çox yüksək qiymətləndirilir. Bu Sərəncamın icrası Penitensiar Xidmətin ən yüksək standartlara layiq səviyyədə fəaliyyət göstərməsinə səbəb olacaq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin müvafiq Sərəncamının əhəmiyyətini və onunla bağlı Penitensiar Xidmətin üzərinə düşən vəzifələri jurnalistlərə şərh edən Xidmətin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanov deyib.

Hüseyn Əlixanov bildirib ki, son 20 ilə yaxın müddət ərzində Penitensiar Xidmətin fəaliyyətinin təkmilləşdirilməsi və müasirləşdirilməsi ilə bağlı çoxlu hüquqi islahatlar həyata keçirilib. Bu hüquqi islahatlar içərisində 1999-cu il 26 may tarixli Tədbirlər Proqramı, eləcə də 2006-cı il avqustun 17-də imzalanan ədliyyə orqanlarının inkişafına dair Fərmanı xüsusi qeyd etmək olar. Bu dövrdən sonra 2009-2013-cü illər üzrə proqrama əsasən Penitensiar Xidmətdə çox böyük dəyişikliklər olub. Məhkumların saxlanma, qida, tibbi xidmət, maddi-məişət şəraitinin yaxşılaşdırılması, insan hüquq və azadlıqlarının qorunmasına xidmət edən qanunvericilik aktlarının daha da humanistləşdirilməsi, məhkumların görüşləri, telefon danışıqları, onların asudə vaxtlarını səmərəli keçirmələri ilə bağlı çox işlər görülüb. Bununla yanaşı, son dövrlərdə respublikamızın həyatında ayrı-ayrı sahələrdə tez-tez baş verən müsbət dəyişikliklər, əlbəttə, Penitensiar Xidmətə də siraət edir. Xidmətin infrastrukturunun daha da yenilənməsi, təkmilləşdirilməsi və hazırkı dövrün tələblərinə uyğun olaraq müasirləşdirilməsi məsələləri bu Sərəncamın imzalanmasına əsas verən səbəblərdəndir. Bu Sərəncam bütün Azərbaycan xalqının ürəyindəndir, xüsusilə də cəmiyyətimizin həssas hissəsi olan məhkumların daha bir ümidverici yeridir. Hesab edirəm ki, Sərəncamda Penitensiar Xidmətin inkişaf mərhələsində ehtiyac duyulan bütün zəruri məqamlar nəzərdə alınıb. Xidmətin fəaliyyətində müəyyən çatışmayan cəhətlər mövcuddur və bunlar da bu sənəddə əksini tapıb. Məsələn, məntəqə tipli cəzaçəkmə müəssisələrində, eləcə də ictimai işlər üzrə məhkəmələrin çıxardıqları hökmlərin icrasında yaranmış çətinliklər. Əlbəttə, bütün bu çətinliklərin hamısı bu Sərəncamın icrasından sonra aradan qaldırılacaq və həm məntəqələr, həm ictimai işlər üzrə cəza növləri lazımi səviyyədə müvafiq orqanlar tərəfindən həyata keçiriləcək. Prezident İlham Əliyev şübhəsiz ki, azadlığa böyük önəm verir və əsas hədəf həbs olunma ilə bağlı cəzaların məhdudlaşdırılmasına yönəlib. Sərəncamda bir sıra hallarda fikirlər əsasən bununla bağlıdır. Yəni, istər cinayət təqibi orqanları tərəfindən, istərsə də cəza icra orqanları tərəfindən bu məsələ ön cərgədə tutulacaq. Probasiya xidmətinın yaradılması da məhz bu məqsədə xidmət edir. Yəni, Probasiya xidmətinin yaradılması ilə qeyd olunan çətinliklərin, azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların tətbiqi ilə bağlı məsələlər əsasən həllini tapacaq.

Probasiya xidmətinin dünyada geniş yayıldığını deyən Hüseyn Əlixanov bildirib ki, bu xidmət haqqında bizim əvvəlcədən az da olsa məlumatımız var. Lakin biz həmişə çalışmışıq ki, Probasiya xidmətinin hansı ölkələrdə daha uğurla həyata keçirilirsə, həmin ölkənin təcrübəsindən istifadə edib respublikamızda tətbiq edək. Ümumiyyətlə, “İlk dəfə məhkum olan şəxslərin cəzalarının yüngülləşdirilməsi” barədə qanun İngiltərədə yaradılıb. 1907-ci ildə isə birbaşa Probasiya xidmətinin yaranması haqqında qanun qəbul edilib. Beləliklə, dünyanın bir sıra ölkələrində bu xidmət təşəkkül tapıb, müxtəlif forma və məzmunda fəaliyyət göstərir. Sərəncamda, eyni zamanda, Penitensiar Xidmətin əməkdaşlarının maddi-sosial müdafiəsinin təminatı ilə bağlı müvafiq tapşırıqlar verilib. Cinayət Məcəlləsində bir sıra cinayətlərə görə yalnız həbslə əlaqədar olan cəzalar nəzərdə tutulub. Lakin Sərəncamdakı böyük ictimai təhlükə törətməyən, eləcə də az ağır cinayətlər üzrə alternativ cəzalardan istifadə olunması tövsiyə edilir. Yəni, bu, o demək deyil ki, həbs qətimkan tədbirindən bir qayda olaraq imtina olunur. Şübhəsiz ki, cinayəti törədən şəxsin şəxsiyyəti, cinayətin törədilmə şəraiti, eləcə də cinayətin ictimai təhlükəlilik dərəcəsi və sair qanunvericilikdə göstərilən yüngülləşdirici hallar nəzərə alınmaqla həbsə alternativ cəzalardan istifadə oluna bilər. Sərəncamda xüsusilə qanunların düzgün və dönmədən tətbiq edilməsi tövsiyə olunmaqla sanksiyasında həbs cəzası nəzərdə tutulan maddələrə, eyni zamanda, alternativ cəzaların əlavə edilməsi barədə müvafiq orqanlara - Ali Məhkəməyə, Baş Prokurorluğa müvafiq tapşırıqlar verilib.

Penitensiar müəssisələrin mühafizəsi ilə bağlı Sərəncamda müəyyən bəndin yer aldığını söyləyən H.Əlixanov qeyd edib ki, burada Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə tapşırıq verilib ki, xidmətin müəssisələrinin mühafizəsi üçün lazım olan müddətli hərbi xidmət hərbi qulluqçularının tam komplektləşdirilməsi təmin olunsun. Bu, bizim üçün vacib məsələlərdən biridir. Penitensiar Xidmət üçün mühüm məsələlərdən biri də məhkumların ictimai faydalı əməklə məşğul olması zəruriliyi ilə bağlıdır. Bununla əlaqədar, əvvəllər mövcud olan istehsal sahələrinin bərpa edilməsi, eyni zamanda, yeni istehsal sahələrinin yaranması məsələlərinin mümkünlüyü, sahibkarların müəyyən imtiyazlarla bu işə cəlb olunmasını stimullaşdırmaq tövsiyə edilib.

Sərəncamda Penitensiar Xidmətdə informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, eləcə də maddi-texniki təchizatının möhkəmlənməsi istiqamətində müvafiq tapşırıqlar da verilib. General-mayor H.Əlixanov deyib: “Sərəncamda qeyd olunalar Penitensiar Xidmətin gələcəkdə daha müasir bir xidmət olmasına şərait yaradacaq. Prezident İlham Əliyevin bu Sərəncamı fevralın 15-də Ədliyyə Nazirliyində keçirilən kollegiyada müzakirə olunub. Nazir Fikrət Məmmədov xidmətin rəhbərliyinə müvafiq tapşırıqlar verib. Bu Sərəncamın icrasından irəli gələn bütün vəzifələrin yerinə yetirilməsi gündəlik nəzarətdə saxlanılmaqla aidiyyəti qurumlara həvalə olunub. Penitensiar Xidmətin də bu barədə rəhbər heyətin iştirakı ilə ayrıca müşavirəsi keçirilib və Sərəncamın icrası ilə bağlı müvafiq komissiya yaradılıb. Artıq bu işlərə başlanılıb. Bütün müəssisə və məntəqə rəislərinə tapşırıqlar verilib ki, öz təkliflərini qısa müddətdə təqdim etsinlər. Hesab edirəm ki, Prezident İlham Əliyevin bu Sərəncamı Penitensiar Xidmətin təkmilləşdirilməsi və müasirləşdirilməsinə xidmət etməklə, bütünlüklə dövlət hüquq sisteminin zənginləşdirilməsində çox böyük irəliləyişdir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO