ELM VƏ TƏHSİL


“Hüseyn Cavid poeziyasından incilər” mövzusunda bədii qiraət müsabiqəsi keçirilir

Bakı, 21 noyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Hüseyn Cavidin Ev-Muzeyi elm ilə təhsilin inteqrasiyası çərçivəsində tələbə və şagirdlər üçün “Hüseyn Cavid poeziyasından incilər” mövzusunda bədii qiraət müsabiqəsi keçirir.

Muzeydən AZƏRTAC-a bildiriblər ki, müsabiqənin keçirilməsində məqsəd Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və dramaturq Hüseyn Cavidin irsini təbliğ etməkdir. Tələbə və şagirdlər mövzu üzrə bədii qiraət nümunələrini müsabiqəyə təqdim edə bilərlər. Bədii qiraət nümunələri münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Bədii qiraət nümunələrini noyabrın 30-dək whatsapp (+99 455 866 22 25) ünvanına və ya [email protected] elektron ünvanına göndərmək olar.

Dekabrda müsabiqənin yekun mərhələsi keçiriləcək, qaliblər mükafatlandırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.