Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Hyuston Universitetində Azərbaycanın siyasi və iqtisadi inkişafına həsr olunmuş “Qafqazda geosiyasi dinamika və beynəlxalq enerji layihələri” mövzusunda konfrans keçirilmişdir VİDEO

Bakı, 26 fevral (AZƏRTAC). Hyuston Universitetində “Qafqazda geosiyasi dinamika və beynəlxalq enerji layihələri” mövzusunda konfrans olmuşdur. Energetika işləri üzrə Assosiasiyanın və Hyuston Universiteti yanında S.T.Bauer adına Biznes Kollecinin dəstəyi ilə Hyustonun Azərbaycan Mərkəzi tərəfindən təşkil edilmiş tədbir şəhərin ali məktəblərində 1992-ci ilin fevralında Xocalıda törədilmiş qətliama həsr olunmuş illik mühazirələr çərçivəsində keçirilmişdir.

Hyuston Mərkəzinin biznes proqramları dekanının müavini Frenk Kelli gecəni açaraq qonaqları salamlamışdır. Azərbaycan mərkəzinin direktoru İradə Axundova auditoriyaya 90-cı illərin əvvəllərində Azərbaycanın müstəqillik qazanmasından və 1992-ci il fevralın 25-26-da Xocalıda törədilmiş faciəli hadisələrdən danışmışdır. Senatın üzvü Edni Rollis və Texas ştatının Nümayəndələr Palatasının üzvü Cina Bu 1992-ci ildə erməni silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı qırğınının tanınması barədə iki qətnaməni İradə Axundovaya təqdim etmişlər. Tədbirin iştirakçıları bir dəqiqəlik sükutla Xocalı faciəsi qurbanlarının xatirəsini yad etmişlər.

Sonra konfransın panel moderatoru, Hyuston Universitetinin professoru Radxa Radxakrişnan çıxış etmiş, regionda Azərbaycanın əhəmiyyətindən danışmış və məruzəçiləri auditoriyaya təqdim etmişdir.

İlk məruzəçi – Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri Məmməd Talıbov “ABŞ ilə Azərbaycan arasında strateji tərəfdaşlıq – 22 ildən sonra” adlı məruzə ilə çıxış edərək bir çox sahələrdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin tarixindən və inkişaf etməkdə olan münasibətlərdən danışmışdır. O qeyd etmişdir ki, Azərbaycan həmişə çətin vaxtda ABŞ-ın yanında olmuşdur və koalisiya qüvvələrinin Azərbaycan üzərindən uçuşlarını təmin etmiş ilk dövlətlərdən biridir.

Sonra Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) ABŞ-dakı nümayəndəliyinin direktoru Rauf Məmmədov “Regionda lider olan Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə köməyi” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzədə o, Azərbaycanın, Qafqaz regionunun iqtisadi inkişafına, həmçinin onun hüdudlarından kənarda iqtisadi inkişafa ARDNŞ-in köməyi barədə auditoriyaya məlumat vermişdir. Nümayəndəliyin rəhbəri Azərbaycanın Avropada yeni iqtisadi inkişaf dinamikası yaradan enerji layihələrindən danışmışdır. R.Məmmədov qlobal şirkətin - ARDNŞ-in region və Avropa iqtisadiyyatına investisiyaları barədə məlumatları auditoriyaya çatdırmışdır.

Dünya Bankının icraçı direktorunun Azərbaycan üzrə məsləhətçisi Sənan Mirzəyev müstəqilliyin 22 ili ərzində Azərbaycanın qazandığı nailiyyətlərdən danışmış, neft-qaz layihələrinin həyata keçirilməsi nəticəsində əldə olunmuş maliyyə resurslarından səmərəli və düzgün istifadə edilməsi üzrə Azərbaycanın yürütdüyü iqtisadi siyasətdən, Azərbaycanın gələcək inkişafına həmin layihələrin köməyindən bəhs etmişdir.

Daha sonra AZƏRTAC-ın ABŞ-dakı xüsusi müxbiri və ABŞ Azərbaycanlıları Şəbəkəsinin həmtəsisçisi Yusif Babanlı “Köhnəlmiş münaqişələrin regionlararası infrastruktur layihələrin həyata keçirilməsinə təsiri” mövzusunda məruzə ilə çıxış etmişdir. Azərbaycan müstəqillik qazandıqdan sonra ölkənin ilk regional layihələri barədə ətraflı məlumat verən məruzəçi Azərbaycanın bədxahları tərəfindən göstərilən təzyiqlərə baxmayaraq, Azərbaycan hökumətinin, xüsusən ümummilli lider Heydər Əliyevin regionlararası layihələri həyata keçirmək əzmindən danışmışdır. Məhz bu ilk layihələr Azərbaycanın inkişafı üçün, neft-qaz və qeyri-neft sektorlarında yeni regionlararası təşəbbüslərin, o cümlədən “Transavrasiya yüksək sürətli informasiya magistralı” (TASIM) layihəsinin həyata keçirilməsi üçün əsas olmuşdur.

Hyuston Universitetinin politologiya fakültəsinin dosenti Conatan Slapin Azərbaycanın Avropa İttifaqı ilə siyasi və iqtisadi münasibətlərindən, Avropada Azərbaycanın iştirakının əhəmiyyətindən danışmışdır.

Sonda region üzrə ekspert, Vaşinqtonun Yaxın Şərq İnstitutunun elmi əməkdaşı Aleks Vatanka “Azərbaycan və böyük geosiyasi dəyişikliklər” mövzusunda məruzə ilə çıxış edərək Azərbaycanın sabit iqtisadi və siyasi inkişafından, Avropada, həmçinin Yaxın Şərqdə Azərbaycanın nüfuzunun artmasından danışmışdır. Sonra panel iştirakçıları auditoriyanın suallarına cavab vermişlər.

Tədbirdə Hyuston Universitetinin tələbələri, şəhərin kommersiya təşkilatlarının, Texasın Azərbaycan icmasının nümayəndələri iştirak etmişlər. Fəxri qonaqlar arasında Türkiyənin Hyustondakı baş konsulunun müavini Abdulla Topçu, Yunanıstanın Hyustondakı baş konsulu Georgius Papanikolau və Pakistanın baş konsulu Afzaal Mahmud olmuşlar.

Hyuston Universitetində Azərbaycanın siyasi və iqtisadi inkişafına həsr olunmuş “Qafqazda geosiyasi dinamika və beynəlxalq enerji layihələri” mövzusunda konfrans keçirilmişdir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib