CƏMİYYƏT


İƏT Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının nümayəndə heyəti Ulu Öndərin məzarını ziyarət edib

Bakı, 23 sentyabr, AZƏRTAC

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Müstəqil Daimi İnsan Hüquqları Komissiyası sədrinin rəhbərlik etdiyi ekspertlərdən ibarət beynəlxalq nümayəndə heyəti sentyabrın 23-də Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil qoyub.

AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyeva, görkəmli ictimai xadim Əziz Əliyev və Əməkdar elm xadimi, professor Tamerlan Əliyevin xatirələri ehtiramla anılıb, məzarları üzərinə gül dəstələri düzülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.