CƏMİYYƏT


İƏT Xarici İşlər Nazirləri Şurasının 49-cu sessiyasının gündəliyi açıqlanıb

İƏT Xarici İşlər Nazirləri Şurasının 49-cu sessiyasının gündəliyi açıqlanıb

Bakı, 15 mart, AZƏRTAC

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının martın 16-17-də Mavritaniya İslam Respublikasının paytaxtı Nuakşot şəhərində keçiriləcək 49-cu sessiyasının gündəliyi açıqlanıb.

İƏT-in Baş katibliyindən AZƏRTAC-a bildiriblər ki, “Təhlükəsizlik və sabitlik moderasiyası” mövzusunda keçiriləcək sessiyanın açılışında təşkilatın Baş katibi Hissein Brahim Taha çıxış edəcək.

Sessiyada bir sıra siyasi, iqtisadi, mədəni, sosial, elmi, humanitar, media və digər məsələlər müzakirə olunacaq. İƏT-ə üzv ölkələrin xarici siyasət idarələrinin rəhbərləri, həmçinin Fələstin problemi, Qüds Əl-Şərifdəki vəziyyətin ətrafında fikir mübadiləsi aparacaqlar. Sessiyanın gündəliyinə Əfqanıstanda baş verən hadisələr, Cammu və Kəşmir məsələsi, Mali və Afrikanın Sahil bölgəsindəki vəziyyət, üzv olmayan ölkələrdə azlıqların və müsəlman icmalarının problemləri də daxil edilib.

Nazirlər ekstremizm və terrorizmlə mübarizə sahəsində birgə səyləri də nəzərdən keçirəcəklər. Sessiya çərçivəsində keçiriləcək xüsusi iclasda BMT-nin 15 mart tarixini İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü elan etməsinin birinci ildönümü ilə əlaqədar islamofobiya fenomeni də müzakirə olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.