DÜNYA


İƏT-ə üzv ölkələrin investisiya mexanizmi yaradılacaq

Qahirə, 4 oktyabr, AZƏRTAC

Səudiyyə Ərəbistanının Ciddə şəhərində də fəaliyyət göstərən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) bağlı Hökumətlərarası ekspertlər qrupu İƏT-ə üzv dövlətlər arasında yarana biləcək investisiya mübahisələrini həll etmək üçün daimi mexanizm yaratmaq təşəbbüsü ilə çıxış edib.

İƏT-in Baş katibliyində AZƏRTAC-a bildiriblər ki, 2022-ci ilin mart ayında Pakistanın İslamabad şəhərində keçirilən təşkilatın Xarici İşlər Nazirləri Şurasının 48-ci iclasının qərarlarına uyğun olaraq, yeni mexanizmlə üzv dövlətlərin investisiyalarının təşviqi, qorunması və təmin edilməsi istiqamətində fəaliyyət də həyata keçiriləcək.

İnvestisiya mexanizmi ilə bağlı təkliflər İƏT-ə üzv ölkələrin hökumətlərinə göndəriləcək və konsensus əldə olunduqdan sonra onun icrasına başlanacaq.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.