CƏMİYYƏT
İƏT-in Baş katibinin iştirakı ilə Milli Xəbər Agentlikləri Birliyinin virtual forumu keçiriləcək
Qahirə, 11 iyul, AZƏRTAC
İyulun 14-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Milli Xəbər Agentlikləri Birliyi (UNA) “İƏT və onun orqanlarının koronavirus böhranından sonra fəaliyyəti” mövzusunda virtual media forum keçirəcək.
AZƏRTAC xəbər verir ki, forumun işində təşkilatın Baş katibi Yusif bin Əhməd Əl- Osaymin iştirak edəcək.
Forumda İƏT-in Baş katibi İslam ölkələrinin rəsmi xəbər agentlikləri və media təşkilatlarının rəhbərləri ilə İƏT-ə üzv ölkələrdə davamlı inkişafın təmin edilməsində təşkilatın rolu, həyata keçiriləcək islahatlar, COVID-19, habelə islamofobiya və ekstremizmlə mübarizə məsələlərini müzakirə edəcək.
Virtual forumda iştirak edəcək media orqanları https://us02web.zoom.us/webinar/register/WN_1_8nK0PFRgKgj9dzzLROrw linki vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə