DÜNYA


ICAO araşdırma üzrə İşçi Qrupunun yekun hesabatının nəticələri ilə Belarus razılaşmır

Bakı, 3 avqust, AZƏRTAC

Hava gəmisinin mümkün minalanması ilə bağlı anonim təhdidlər səbəbindən ötən ilin mayın 23-də Minskə təcili eniş edən, “Ryanair” təyyarəsinə dair hadisənin faktlarının müəyyənləşdirilməsi məqsədilə Beynəlxalq Mülki Aviasiya Təşkilatı Şurası (ICAO) tərəfindən 2022-ci il iyulun 18-də qəbul edilən, ICAO araşdırma üzrə İşçi Qrupunun yekun hesabatının nəticələri ilə Belarus Respublikası qəti şəkildə razılaşmır.

Belarusun ölkəmizdəki səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, İşçi Qrupunun hesabatı hələ də, 31 yanvar 2022-ci il tarixli əvvəlki versiyası kimi, hesabatın özündə də bəyan edildiyi kimi, natamam məlumata əsaslanır. Xüsusilə, hesabatda əvvəl olduğu kimi, digər uyğun hava limanlarının daha yaxın olduğu halda, təyyarə pilotlarının Minskdə enməsi qərarının səbəbləri ilə bağlı avialayner pilotlarının dindirilməsi barədə məlumat yoxdur.

Bundan başqa, İşçi Qrup bir sıra dövlətlər tərəfindən aparılan milli araşdırmalar çərçivəsində sorğuların ünvanlandığı bəzi dövlətlərdən lazımi əməkdaşlığın almadığını bəyan edir. Belarus tərəfi bir daha bildirir ki, indiyədək nə İsveçrədən (təhdid dolu elektron məktubların göndərildiyi elektron poçt ünvanının qeydiyyat yeri), nə də ki, digər iştirakçı ölkələrdən, milli istintaq proseduru çərçivəsində göndərilən sorğulara heç bir cavab almayıb. Hesabatın 31 yanvar 2022-ci il tarixli versiyası çıxdıqdan sonra İşçi Qrup Belarus ilə əlavə tədbirlər keçirməyib və Belarus hakimiyyətindən əlavə məlumat üçün sorğu göndərilməyib. Belarusun rəsmi orqanları tərəfindən verilən məlumatı təkzib etmək üçün ötən ilin mayın 23-də “Ryanair” aviaşirkətinin FR4978 reysi ilə işləyən, aviadispetçer olduğu iddia edilən, anonim mənbədən hesabatda istifadə edilməsi heç bir tənqidə dözmür.

Belarus hakimiyyətinin bildirdiyinə görə, 2021-ci ilin yayında uçuşla işləyən həqiqi dispetçer işə gəlməyib, onun dəqiq yeri işəgötürənlərə və hakimiyyətə məlum deyil. Bununla yanaşı, onun axtarışı ilə bağlı yaxınlarından Belarus hüquq-mühafizə orqanlarına heç bir müraciət daxil olmayıb. Həqiqi aviadispetçerin yazılı ifadəsi Belarus hakimiyyəti tərəfindən lazımi qaydada ICAO-ya təqdim edilib, nəticədə bu, istintaq üzrə İşçi Qrup tərəfindən nəzərə alınmayıb.

ICAO-nun guya aviadispetçer tərəfindən apardığı iddia edilən audioyazıda (iş yerində daxili prosedurları pozmaqla – aviadispetçerin iş yerində mobil telefondan istifadəsi qadağandır), yazının düzgünlüyünün və səslərin mənsubiyyətinin müəyyən edilməsi üçün hər hansı texniki ekspertizanın olmaması, ekspertiza sonrası aviasiya 2 hakimiyyəti orqanları tərəfindən anonim mənbənin bu saxtakarlığın təşkilatçılarının planına uyğun olaraq ləkələyən hərəkətlərini şərh etmək imkanının olmaması, ICAO-nu Mülki aviasiya sahəsində beynəlxalq texniki orqan kimi nüfuzdan salır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.