İQTİSADİYYAT
İCTİMAİ-SİYASİ SABİTLİK İNVESTİSİYAPROBLEMİNİ HƏLL ETMİŞDİR
Azərbaycan MEA-nın akademiki Asəf Nadirov AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir ki, cənab Heydər Əliyevin titanik səyləri nəticəsində ölkədə bərqərar olmuş ictimai-siyası sabitlik yerli və xarici sahibkarlar üçün yeni imkanlar açmış, iqtisadiyyatımıza zəruri olan investisiya problemini həll etmişdir. Bu da öz növbəsində dövlət vəsaitinin sosial yönümlü tədbirlərə istiqamətləndirilməsinə imkan vermiş, büdcə daxilolmalarında iş adamlarının payının artmasına zəmin yaratmışdır.
“Əsrin müqaviləsi” və digər neft müqavilələri sayəsində Azərbaycana xarici sərmayələrin axını artmaqdadır. Hazırda ölkədə adambaşına düşən xarici investisiyanın həcmi 211 ABŞ dollarından çoxdur. Bu, MDB məkanında ən yüksək göstəricidir. Çünki 2002-ci ildə Azərbaycanda ümumi investisiya qoyuluşunun artımı əvvəlki illə müqayisədə 182 faiz, MDB üzrə isə 106 faiz olmuşdur.
Son on il ərzində əsas kapitala yönəldilən investisiyaların artım sürətinə görə də Azərbaycan ən yüksək göstəriciyə malikdir. Belə ki, həmin müddətdə bu göstərici digər MDB ölkələrində 12-61 faiz olduğu halda, respublikamızda 251 faiz təşkil etmişdir.