CƏMİYYƏT


IDEA İctimai Birliyi kreativ dizaynerlər üçün müsabiqə elan edir

Bakı, 12 oktyabr, AZƏRTAC

Ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması, ekoloji tarazlığın bərpası, tullantıların azaldılması və səmərəli idarə olunması, davamlı inkişaf və s. sahələrdə irimiqyaslı layihələr həyata keçirən IDEA İctimai Birliyi istedadlı dizaynerlər üçün yeni müsabiqə elan edir.

IDEA İctimai Birliyindən AZƏRTAC-a bildiriblər ki, müsabiqənin keçirilməsində əsas məqsəd ictimaiyyətin diqqətini ekoloji problemlərə yönəltmək və ətraf mühitin mühafizəsi naminə əhalinin ekoloji maarifləndirilməsini təşkil etməkdir.

Müsabiqədə iştirak etmək üçün istər peşəkar, istərsə də həvəskar dizaynerlər hazırladıqları ekoloji problemləri özündə əks etdirən maarifləndirmə xarakterli posterləri IDEA İctimai Birliyinin [email protected] elektron poçt ünvanına göndərməlidir.

Təqdim olunan elektron posterlər dizaynerin özünə aid olmalı, yalnız bu müsabiqə üçün hazırlanmalı və heç yerdə nümayiş olunmamalıdır. İlkin mərhələdə posterlər pdf formatda, qalib seçiləcəyi təqdirdə isə qrafik formatlarda təqdim edilməlidir. Təqdim edilən elektron posterə maksimum 20 sözdən ibarət olan və ekoloji problemi təsvir edən mətn (Azərbaycan və ya ingilis dillərində) əlavə oluna bilər.

Qeyd edək ki, posterlərin qəbulu 15 dekabr tarixinədək davam edəcəkdir. Daha sonra IDEA İctimai Birliyinin nümayəndələrindən, həmçinin müstəqil peşəkar dizaynerlərdən ibarət jüri tərəfindən ən təsirli 3 poster seçilərək qaliblər müəyyən ediləcəkdir. Sonda qaliblər IDEA İB tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Müsabiqə barədə daha ətraflı məlumat əldə etmək üçün IDEA İctimai Birliyi ilə (497-63-16) əlaqə saxlamaq xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.