MƏDƏNİYYƏT
“İNCƏBEL QARI” TAMAŞASININ MƏŞQLƏRİNƏ BAŞLANILMIŞDIR
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, burada Rəvan Tohidoğlunun “İncəbel qarı” əsəri əsasında rejissor, xalq artisti Ağaxan Salmanlının quruluşunda eyniadlı tamaşanın məşqlərinə başlanılmışdır.
Uşaqlar üçün nəzərdə tutulan tamaşada əsas rolları əməkdar artist Kubra Dadaşova, aktyorlardan Məsumə Babayeva, Mehriban Abdullayeva, Günel Məmmədova, Mehriban Hüseynova, Venera Abbasova, İnna İmranova, Nuriyyə Babayeva və başqaları məşq edirlər.
İlk nümayişi iyul ayına nəzərdə tutulan yeni səhnə əsərinin quruluşçu rəssamı Tarix Kərimov, musiqi tərtibatçısı İradə Muradovadır. Rəqslərin quruluşunu Vüsal Mehrəliyev verəcəkdir.