ELM VƏ TƏHSİL
“İNFORMASİYA DÖVRÜNÜN QIZLARI” LAYİHƏSİ HƏYATA KEÇİRİLİR
AZƏRTAC xəbər verir ki, Amerika Birləşmiş Ştatları Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurası (İREX) ölkəmizdə “İnformasiya dövrünün qızları” layihəsinin icrasına başlamışdır.
Layihədən məqsəd qızların informasiya texnologiyalarından istifadə etmək imkanlarını genişləndirmək, onların liderlik bacarıqlarını inkişaf etdirməkdir.
Layihə çərçivəsində keçirilən müsabiqədə ümumtəhsil məktəblərinin VIII, IX və X siniflərinin qız şagirdləri iştirak edə bilərlər. Qaliblər Regional Kitabxana İnformasiya Mərkəzlərində (RLIC) kompyuter bilikləri üzrə 16 həftəlik xüsusi təlim keçəcəklər.
Layihədə iştirak etmək istəyənlər oktyabrın 27-dək RLIC-nin regional mərkəzlərinə müraciət etməlidirlər.