REGİONLAR
İNKİŞAF PROQRAMI DAĞLIQ RAYONLARDA UĞURLA HƏYATA KEÇİRİLƏCƏKDİR
Bildirilmişdir ki, həmin proqram layihə üçün ayrılan kreditə uyğun olaraq təbii ehtiyatları və ətraf mühitin ekoloji tarazlığını qorumaqla, dağ və yüksək dağlıq ərazilərdə kənd təsərrüfatını inkişaf etdirmək məqsədi daşıyır. Qeyd olunmuşdur ki, proqramın reallaşdırılması dağlıq ərazilərdə yaşayan sakinlərin gəlirlərini artıracaq, benifisarların bazar iqtisadiyyatında fəal iştirakını təmin edəcək, onların təşkilatlanmasını gücləndirəcək, maliyyə, texniki və kommersiya xidmətlərindən faydalanması üçün şərait yaradacaqdır. Layihə həm də dağ və yüksək dağlıq ərazilərdə yaşayanlara ətraf mühiti qorumaq və bərpa etmək səriştəsi aşılamaq, onların həyat səviyyəsini yüksəltmək məqsədi daşıyır.
Proqram uzun müddət, yəni 14 il üçün nəzərdə tutulmuşdur. Onun birinci mərhələsi 7 il ərzində həyata keçiriləcəkdir. Layihə birgə inkişafı, gəlir yaradılmasını və proqramın idarə edilməsi məsələlərini nəzərdə tutur.
Bir neçə gündən sonra Agentliyin və İFAD-ın nümayəndələri Lerik rayonunda olacaq, bu proqramla bağlı tədbirlərin həyata keçirilməsi üçün hazırlıq işlərinə başlayacaqlar.