ELM VƏ TƏHSİL
“İNSAN İNKİŞAFI” FƏNNİ ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNİN TƏDRİS PROQRAMLARINA DAXİL EDİLMİŞDİR
Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a bildirmişlər ki, Nazirlik və BMTİP arasında sıx əməkdaşlığın bəhrəsi olan bu kitab “İnsan inkişafı” fənninin tədrisi ilə bağlı milli strategiyanın bir hissəsidir. Kitabın müəllifləri BMTİP eksperti Urxan Ələkbərov və Təhsil Nazirliyinin idarə rəisi Arif Muradovdur.
Azərbaycanda “İnsan inkişafı”nın ümumtəhsil məktəblərində tədrisi 2000-ci ildə Bakının 25 məktəbində həyata keçirilmiş pilot (sınaq) layihədən başlamışdır. 2001-ci ildə layihə Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun 35 məktəbini əhatə etmişdir. Layihə daxilində müəllimlər üçün seminarlar keçirilmiş və müvafiq tədris materialları hazırlanmışdır.
Tədris kursu insanlara doğru yönələn siyasətin planlaşdırılması və həyata keçirilməsindən bəhs edir. İnsan inkişafı anlayışının mahiyyəti ondan ibarətdir ki, inkişafın dəyərləndirilməsi orta iqtisadi və sosial göstəricilərə deyil, hər bir şəxsin rifahına əsaslanmalıdır.
Kitab doqquz bölmədən ibarətdir və insan inkişafının dəyərləndirilməsi, yoxsulluğun azaldılması, minilliyin inkişaf məqsədləri və insan hüquqları kimi məsələləri əhatə edir.
Kitabın təqdimatı Təhsil Nazirliyində keçiriləcəkdir.