İQTİSADİYYAT


İNTAS ALİMLƏR ÜÇÜN QRANTLARDIR

Azərbaycan Milli Elmlər Akademiyasının Bakıdakı institutlarında İNTAS-ın - keçmiş Sovet İttifaqının yeni müstəqil dövlətlərinin alimləri ilə əməkdaşlıq üzrə beynəlxalq assosiasiyanın təqdimatı keçirilir. İNTAS-ın icraçı katibinin müavini Riçard Burger AZƏRTAC-ın müxbirinə verdiyi məxsusi müsahibədə bildirmişdir ki, Assosiasiyaya 33 dövlət, o cümlədən Avropa Birliyinin 15 ölkəsi və AB üzvlüyünə namizəd 18 ölkə daxildir. Onlar Assosiasiya çərçivəsində İNTAS-ın üzvü olan ölkələrlə keçmiş SSRİ respublikaları arasında beynəlxalq elmi əməkdaşlığa kömək edirlər. Yardım proqramı 1993-cü ildən fəaliyyət göstərir və Riçard Burgerin sözlərinə görə, Azərbaycan alimləri bu günədək 15 tərəfdaşlıq layihəsində iştirak etmək üçün qrantlar almışlar. Milli Elmlər Akademiyasının fizika, geologiya, coğrafiya və kimya institutlarının alimləri bu layihələrə cəlb edilmişlər. Akademiyada İNTAS-ın nümayəndəliyi açılmışdır.

Qeyd edək ki, müsabiqədə istənilən hüquqi şəxs iştirak edə bilər. Baxılmaq üçün elmin bütün sahələri - fundamental tədqiqatlar, tətbiqi elmlər, təbiyyat, texniki, sosial-humanitar, iqtisadiyyat və digər elmlər üzrə elmi tədqiqat və innovasiya xarakterli layihələr qəbul edilir. İNTAS layihələri üçün daha bir şərt var - layihə müxtəlif ölkələrdən olan təşkilatlarla (bir layihədə ən azı 4 komanda) bir yerdə təqdim olunmalıdır. Hazırda keçmiş Sovet İttifaqı ərazisində (Rusiya Federasiyasından başqa) 900 min avro dəyərində iri “Elektron kitabxanalar proqramı” layihəsi həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.