SİYASƏT
İQTİSADİ İNKİŞAF NAZİRLİYİ SAHİBKARLIĞIN İNKİŞAFI VƏ DÖVLƏT ƏMLAKININ İDARƏ OLUNMASI DEPARTAMENTİNİN MƏLUMATI
Sahibkarlığın inkişafı və dövlət əmlakının idarə olunması departamenti ticarət, xidmət və iaşə sahələrində fəaliyyət göstərən təsərrüfat subyektlərinin müraciətləri əsasında 881 ticarət, 41 məişət, 234 iaşə obyektinə xidmət və dərəcə sertifikatları vermiş, idxal və ixrac əməliyyatları üzrə bağlanmış 504 müqavilə qeydə almışdır.
Sahibkarlıq fəaliyyəti növləri və idxal əməliyyatları üzrə verilmiş lisenziyalar üçün dövlət büdcəsinə 759,5 milyon manat rüsum köçürülmüşdür. Bunun 380,5 milyon manatını ölkə ərazisinə etil (yeyinti) spirtinin, alkoqollu içkilərin və tütün məmulatının idxalı üzrə verilmiş lisenziya üçün daxil olmuş vəsait təşkil edir.
Ötən il istehlak mallarının ekspertizası mərkəzi tərəfindən 5687 mənşə sertifikatı verilmişdir. Bunlardan 4652-si MDB ölkələrinə mal və məhsulların ixracı üçün “ST-1” formalı mənşə sertifikatı, 1035-i isə digər xarici ölkələrə mal və məhsulların ixracı üzrə “Ümumi” formalı mənşə sertifikatıdır.