SİYASƏT
İRADƏ İBRAHİMOVANIN ÇIXIŞI
Gənclərin sevimli müğənnisi İRADƏ İBRAHİMOVA çıxışında dedi ki, mən bir sənətçi və gənc vətəndaş kimi öz mövqeyimi bildirmək istəyirəm. Yaşımın az olmasına baxmayaraq, yaxın 10-15 il əvvəlki tarixi çox gözəl xatırlayıram. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başlanğıcını, müharibədə verilən itkiləri, analarımızın, bacılarımızın göz yaşlarını, ölkəmizdəki qeyri-sabitliyi yaddan çıxara bilmirəm. Artıq indi dərk edirəm ki, əğər möhtərəm Prezidentimiz Heydər Əliyev on il bundan əvvəl hakimiyyətə gəlməsəydi Allah bilir, bizi nələr gözləyirdi.
Mən bütün yaşıdlarım adından demək istəyirəm ki, gənclərin yaşaması, yaratması üçün sabit mühit, şərait lazımdır. Bunun üçün də bizə Heydər Əliyev kimi Prezident və onun yürütdüyü uzaqgörən siyasət lazımdır. Mən də bu gün yaradılan “GƏNCLİYİN SEÇİMİ – HEYDƏR ƏLİYEV” hərəkatını dəstəkləyirəm. Bütün gənclərimizi, sənətçilərimizi bu hərəkatda fəal iştirak etməyə çağırıram. Çox sağ olun.