DÜNYA
İRANIN ŞİMAL-ŞƏRQİNDƏ AVTOMOBİL QƏZASI
AZƏRTAC-ın Tehrandan aldığı xəbərdə deyilir ki, İranın şimal-şərqində, Xorasan əyalətində, Nişapurdan Məşhədə gedən sərnişin avtobusu çevrilmiş və qəza nəticəsində 12 adam həlak olmuş, 27 nəfər yaralanmışdır.
Yol polisinin məlumatına görə, faciənin başlıca səbəbi avtobus sürücüsünün yolun çətin hissəsində diqqətsizliyi olmuşdur.
İran yol-nəqliyyat hadisələrində həlak olanların sayına görə dünyada ilk yerlərdən birini tutur. Ötən il ölkədə avtomobil qəzalarında təxminən 118 min adam həlak olmuşdur. Avtomobil qəzalarında ölənlərin və xəsarət alanların sayı hər il 15 faiz artır. Bu qəzaların əsas səbəbi sürcücülərin yollarda sayıqlığı itirməsi və avtomobil parkının köhnəlməsidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]