DÜNYA
İRAN TEZLİKLƏ ÖZÜNÜN İLK QIRICI TƏYYARƏSİNİ BURAXACAQ
Pərdis vurğulamışdır ki, İran müdafiə sahəsində qabaqcıl müasir texnologiyalar istehsalında böyük potensiala malikdir. General hesab edir ki, İran hərbi hava qüvvələri regionda ən qüdrətlilərdən biridir. O demişdir: “Təhlükənin hansı tərəfdən yaranacağının bizim üçün heç bir əhəmiyyəti yoxdur, biz öz vətənimizi istənilən vaxt müdafiə etməyə hazırıq”.
İndi İran öz ordusunu modernləşdirməklə yanaşı, silah və hərbi avadanlıq da satır. “Madleks” şirkətinin nümayəndəsi Fərmərz Abdust İRNA Agentliyinə müsahibəsində bildirmişdir ki, İran öz hərbi məhsulunu dünyanın 36 ölkəsinə ixrac edir. İran hərbi sənayesinin məhsulları yüksək keyfiyyəti və nisbətən ucuz qiyməti ilə fərqlənir. Həm də onların istehsalında Qərbin və Şərqin ən son nailiyyətlərindən, habelə 8 illik İran-İraq müharibəsinin təcrübəsindən istifadə olunur.