SİYASƏT
İRAN VƏ SURİYA İRAQ HADİSƏLƏRİNDƏN İBRƏT GÖTÜRMƏLİDİR
İTAR-TASS xəbər verir ki, ABŞ müdafiə nazirinin birinci müavini Pol Vulfoviç “Vaşinqton tayms” qəzetinə müsahibəsində bildirmişdir ki, qonşu müsəlman dövlətlərinin rejimləri Səddam Hüseyn hakimiyyətinin süqutundan sonra iraqlıların sevincini görüb, öz siyasətlərindən utanmalıdırlar.
O demişdir ki, demokratik islahatlar, ilk növbədə, İran və Suriyada aparılmalıdır. Pentaqonun başçısının birinci müavini hesab edir ki, “İran müəyyən mənada Suriyadan qorxulu olsa da, fikir azadlığı baxımından daha açıq ölkədir ”. Vulfoviç əlavə etmişdir ki, “Suriya çox sərt idarə edilən və siyasi dəyişikliklər üçün qapalı ölkədir”.
Onun sözlərinə görə, Suriyada Dəməşqin yürütdüyü siyasətin ölkəni uçuruma sürüklədiyini başa düşən siyasətçilər var, amma onların bunu prezident Bəşar Əsədə anlada biləcəkləri aydın deyildir.