DÜNYA
İSRAİLİN MÜDAFİƏ NAZİRİ CƏNUBİ LİVANIN İŞĞALINA HAZIRLAŞMAQ ƏMRİ VERMİŞDİR
Onun sözlərinə görə, bu plandan eyni zamanda bir neçə məqsəd - “ərazini silahdan təmizləmək, “Hizbullah”ı silahsızlaşdırmaq və oğurlanmış əsgərləri qaytarmaq” məqsədləri güdülür. Bundan başqa, işğal İsrailə raket hücumlarından səmərəli müdafiə üçün geniş meydana malik olmağa imkan verməlidir.
Peres şərt qoymuşdur ki, cənubi Livanın işğalı münaqişənin diplomatik yolla həlli tapılmadığı halda baş verəcəkdir. Onun fikrincə, məsələnin diplomatik həlli yolunun tapılması böhrandan çıxmağın ən yaxşı vasitəsi olardı.
Xatırladaq ki, avqustun 7-də Livan hökuməti ölkənin cənubunda 15 minlik kontingent yerləşdirilməsinə razılıq vermək niyyətində olduğunu bildirmişdir. “Hizbullah” hərəkatının liderləri də nəzarət etdikləri ərazilərdə hökumət qoşunlarının yerləşdirilməsinə ilkin razılıq vermiş, lakin şərt qoymuşlar ki, İsrail qoşunları oradan tamamilə çıxarılmalıdır.