Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

İYULUN 13-Ü – BAKI-TBİLİSİ-CEYHAN BORU KƏMƏRİNİN RƏSMİ AÇILIŞI HEYDƏR ƏLİYEVİN NEFT STRATEGİYASININ TƏNTƏNƏSİ, ÜÇ DƏNİZ ƏFSANƏSİNİN REALLIĞA ÇEVRİLDİYİ GÜNDÜR
HEYDƏR ƏLİYEV ADINA BAKI-TBİLİSİ-CEYHAN ƏSAS İXRAC BORU KƏMƏRİNİN TƏNTƏNƏLİ AÇILIŞ MƏRASİMİNDƏ AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

İYULUN 13-Ü – BAKI-TBİLİSİ-CEYHAN BORU KƏMƏRİNİN RƏSMİ AÇILIŞI HEYDƏR ƏLİYEVİN NEFT STRATEGİYASININ TƏNTƏNƏSİ, ÜÇ DƏNİZ ƏFSANƏSİNİN REALLIĞA ÇEVRİLDİYİ GÜNDÜR HEYDƏR ƏLİYEV ADINA BAKI-TBİLİSİ-CEYHAN ƏSAS İXRAC BORU KƏMƏRİNİN TƏNTƏNƏLİ AÇILIŞ MƏRASİMİNDƏ AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

- Hörmətli Prezident Əhməd Necdət Sezər!

Hörmətli Prezident Mixail Saakaşvili!

Hörmətli Baş nazir Rəcəb Tayyib Ərdoğan!

Xanımlar və cənablar, əziz dostlar!

Bu gün tarixi bir gündür. Bakı-Tbilisi-Ceyhan neft boru kəməri istismara verilir və bu tarixi günü biz birlikdə Ceyhan terminalında qeyd edirik. Bu gün mərasimin əvvəlində nümayiş etdirilən qısa filmdə tarixi anlar bir daha xatırlandı. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasının görüntülərini bu gün bir daha gördük. Həqiqətən, bütün bu işlər, nəhəng layihələr məhz 1994-cü ildə başlanmışdır. “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanda böyük neft siyasəti başlanmışdır. Azərbaycan Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə başlanmış Azərbaycanın yeni neft strategiyası öz imkanlarından istifadə edib bizi qarşıda duran bütün məqsədlərə çatdırdı. “Azəri-Çıraq-Günəşli” neft yataqlarının işlənilməsi nəticəsində hasil olunan Azərbaycan nefti bu gün dünya bazarlarına müxtəlif yollarla ixrac edilir.

Onu da qeyd etmək istəyirəm ki, Azərbaycan tarixdə ilk dəfə olaraq, Xəzər dənizinin özünə məxsus olan sektoruna xarici investorları dəvət etdi. Ondan əvvəl Xəzər dənizində xarici şirkətlər heç vaxt fəaliyyət göstərməmişdir. Bütövlükdə, Azərbaycan neft ölkəsi kimi tanınır. Dünyada ilk dəfə sənaye üsulu ilə neft Azərbaycanda çıxarılmışdır. O cümlədən, dünyada dəniz yataqlarından ilk dəfə neft Azərbaycanda, Xəzər dənizində hasil edilmişdir. 1994-cü ildə başlanmış yeni layihələr Azərbaycana onun neft şöhrətini təzədən qaytardı. Bu gün Azərbaycan bu imkanlardan səmərəli istifadə edərək, öz iqtisadi potensialını gücləndirir. Azərbaycanda gedən iqtisadi inkişaf artıq hamımız tərəfindən görünür. Keçən il iqtisadiyyat 26 faiz, bu ilin 5 ayında təxminən 40 faiz artmışdır. Bütün bu nəticələrin təməli məhz 1994-cü ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə imzalanmış “Əsrin müqaviləsi” ilə qoyulmuşdur.

O vaxt Azərbaycan çox çətin, ağır durumda idi. Müstəqilliyi yenicə əldə etmiş ölkə iqtisadi böhran içərisində yaşayırdı. O cümlədən, siyasi vəziyyət o qədər də ürəkaçan deyildi. Ölkədə sabitlik hələ tam bərqərar olunmamışdı. Azərbaycan çox riskli bir ölkə kimi tanınırdı və o şəraitdə xarici sərmayəni Azərbaycana cəlb etmək, investorları inandırmaq ki, Azərbaycanda onların sərmayəsi batmayacaq, əksinə, əlavə sərmayə, əlavə gəlirlər gətirəcək – bu, əlbəttə ki, çox böyük siyasi bacarıq, müdriklik, uzaqgörənlik tələb edirdi. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin fəaliyyəti nəticəsində bu gün biz bu gözəl anları yaşayırıq. Nəzərə alsaq ki, həm ölkə daxilində, həm də bölgədə və bütövlükdə, müəyyən mənada dünyada Bakı-Tbilisi-Ceyhan neft kəmərinə inam o qədər böyük deyildi, onda görərik ki, bu işin həyata keçirilməsi nə qədər böyük çətinliklərlə müşayiət olunurdu. İnanmayan var idi, eyni zamanda, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşasının qarşısının alınmasına çalışanlar var idi, problemlər, maneə törədənlər var idi. Ancaq xalqımızın iradəsi, Azərbaycan, Türkiyə, Gürcüstan rəhbərliyinin iradəsi, bizim birgə fəaliyyətimiz bu əfsanəni gerçəkliyə çevirdi.

Azərbaycanda son 12 il ərzində təkcə neft-qaz sənayesinə 20 milyard dollardan çox vəsait qoyulmuşdur. Bu gün Azərbaycan neftini dünya bazarlarına çıxaran 3 ixrac neft kəməri var. Onların ən böyüyü Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan neft kəməridir. Bu illər ərzində Azərbaycanın neft infrastrukturu yeniləşdi, müasirləşdi. Azərbaycanda yeni, peşəkar mütəxəssislər yetişdi, fəhlələr yetişdi. Bizim birgə fəaliyyətimiz nəticəsində, xarici şirkətlərlə birlikdə gördüyümüz işlər nəticəsində bu sahəyə də böyük diqqət verildi. Bu imkandan, bugünkü fürsətdən istifadə edib, xüsusilə, xarici şirkətlərin fəaliyyətini vurğulamaq istəyirəm. bp şirkətinin rəhbərliyi ilə Azərbaycanda 1994-cü ildən fəaliyyət göstərən beynəlxalq konsorsiumun işini yüksək qiymətləndirirəm. bp şirkəti eyni zamanda, Bakı-Tbilisi-Ceyhan layihəsində aparıcı rol oynayır və bu şirkətin Azərbaycana verdiyi töhfələri biz çox yüksək qiymətləndirir və bunları təqdir edirik. Bu, bizə imkan verdi ki, Azərbaycan iqtisadi cəhətdən inkişaf etsin, neft amilindən məharətlə istifadə etsin.

Biz neft tarixini yaxşı bilirik. Müxtəlif ölkələrin təcrübəsini də öyrənmişik. Əfsuslar olsun ki, bəzi hallarda neft ölkəyə, xalqlara rifah deyil, çətinliklər gətirir, sosial ədalətsizlik, problemlər, gərginlik gətirir. Biz isə istəyirik ki, neft Azərbaycana sülh, inkişaf gətirsin, əməkdaşlıq gətirsin, xalqımızın rifah halı yaxşılaşsın. Əlbəttə ki, bütün görülən işlər bu məqsədi güdür və Azərbaycanda uzun illər ərzində fəaliyyət göstərən Dövlət Neft Fondunun işi bunun bariz nümunəsidir.

Bu gün mən xüsusilə Amerika Birləşmiş Ştatlarının bu məsələ ilə bağlı olan fəaliyyətini vurğulamaq istəyirəm. Biz Amerikanın dəstəyini bütün dövrlərdə hiss etmişik, ona arxalanmışıq və o dəstək bəzi məqamlarda həlledici rol oynamışdır. Həm “Azəri-Çıraq-Günəşli” neft yataqlarının işlənilməsində və həm də Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşasında Amerika hökumətinin dəstəyi çox önəmli olmuşdur. Biz bunu çox yüksək qiymətləndiririk və buna görə Amerika hökumətinə minnətdarıq.

Bu işin ərsəyə gəlməsində beynəlxalq əməkdaşlıq yarandı: üç ölkə - Türkiyə, Gürcüstan, Azərbaycan, xarici neft şirkətləri, xarici maliyyə qurumları, yerli mütəxəssislər, neftçilər, fəhlələr, hüquqşünaslar. Bu işlərdə əməyi olan bütün insanlara mən Azərbaycan dövləti adından öz dərin minnətdarlığımı bildirirəm.

Bu kəmərin fəaliyyətə başlaması ilə Azərbaycanın qarşısında yeni üfüqlər açılır, yeni imkanlar açılır. Azərbaycan iqtisadi cəhətdən çox zəngin ölkəyə çevriləcəkdir. Ölkədə bütün sosial problemlər öz həllini tapacaqdır. Azərbaycan çox önəmli neft ixrac edən ölkəyə çevrilir. Əminəm ki, neftdən əldə olunan gəlirlərdən istifadə edilməklə Azərbaycanda bütün sosial məsələlər qısa müddət ərzində öz həllini tapacaq və Azərbaycan dünya iqtisadiyyatına daha da inamla inteqrasiya edəcəkdir.

Baxın, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin fəaliyyətə başlaması bölgədə gedən proseslərə nə qədər böyük təkan verdi. Bunun ardınca biz Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istismarına çox yaxınıq. Bu layihə bir növ, Bakı-Tbilisi-Ceyhanın kölgəsində idi. Ancaq bu gün hamı görür ki, onun nə qədər böyük strateji əhəmiyyəti var. Nəzərə alsaq ki, xüsusilə indi dünyada və Avropada enerji təhlükəsizliyi məsələləri çox önəm daşıyır, onda görərik ki, Azərbaycan qazının Gürcüstana və Türkiyəyə gətirilməsinin çox böyük strateji əhəmiyyəti var.

Artıq biz yeni dövrə qədəm qoyuruq. Bəlkə də, bir neçə il bundan əvvəl zənn edirdik ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tamamlanması ilə bizim əsas işlərimiz bitmiş olacaqdır. Amma həyat yerində durmur. Bakı-Tbilisi-Ceyhan kəmərinin tamamlanması, sadəcə olaraq, bizim işimizin yeni mərhələsinin başlanması deməkdir. Bundan sonra Qazaxıstan nefti bu kəmər vasitəsilə dünya bazarlarına çıxarılacaqdır. Qaz ehtiyatları ilə zəngin olan Azərbaycan “Şahdəniz” qaz yatağından çıxarılan qazı Avropaya göndərəcəkdir. Digər önəmli layihələr, Bakı-Tbilisi-Ceyhanın ardınca gələn layihələr məhz Bakı-Tbilisi-Ceyhanın fəaliyyətə başlaması nəticəsində yaranır.

Bu, iqtisadi layihə deyil, sadəcə olaraq, texniki layihə deyil, halbuki, texniki cəhətdən, iqtisadi cəhətdən və siyasi cəhətdən bunun meydana gəlməsi çox böyük çətinliklərlə müşahidə olunurdu. Bakı-Tbilisi-Ceyhanın daha geniş mənası var. Artıq bu layihə regional çərçivədən çıxıb qlobal müstəviyə keçmişdir. Layihənin bu gün də dünya üçün böyük əhəmiyyəti var və gələcəkdə daha da artacaqdır. Belə olan halda, Azərbaycanın, Gürcüstanın, Türkiyənin də önəmi artacaqdır. Bu dəhlizdən istifadə edib başqa ölkələr də faydalana bilərlər. Belə olan halda, Azərbaycan həm neft-qaz hasil edən ölkə kimi, eyni zamanda, tranzit ölkə kimi bizim dostlarımızla bərabər fəaliyyətə başlayacaqdır. Yəni inanılmaz dərəcədə gözəl imkanlar açılır. Bütün bu imkanları möhkəmləndirmək, onlardan istifadə etmək üçün bölgədə təhlükəsizlik tədbirləri güclənməlidir. Mən əminəm ki, bu işdə Bakı-Tbilisi-Ceyhanın əhəmiyyəti daha da artacaqdır. Təhlükəsizlik tədbirləri, regional əməkdaşlıq, sülhün bərqərar olunması – bütün bunlar bölgə üçün lazımdır. Bölgənin inkişafı bundan sonra tam başqa formalarla zənginləşəcəkdir. Bu gün Azərbaycan, Türkiyə və Gürcüstan regional müstəvidə müttəfiq ölkələrdir. Bizim müttəfiqliyimiz artıq həyatda öz əksini tapıbdır. Bizim müttəfiqliyimiz bölgəyə təhlükəsizlik, sabitlik gətirir. Biz bunu istəyirik, sülh, əmin-amanlıq şəraitində yaşamaq istəyirik. İstəyirik ki, xalqlarımız rifah içərisində yaşasınlar, problemlər öz həllini tapsın və ölkələrimiz möhkəmlənsin. Hər üç ölkə bu layihənin həyata keçirilməsindən böyük faydalar götürəcəkdir. Bəlkə də, bu gün onların hamısını təsəvvür etmək mümkün deyildir. Amma vaxt keçdikcə, həyat keçdikcə biz bunların bariz nümunələrini açıq görəcəyik.

Qarşıda yeni məsələlər var, yeni layihələr var. Qars-Tbilisi-Bakı dəmir yolunun yaranması məsələsi artıq gündəlikdədir və biz bunun üzərində çox ciddi işləyirik. Bütövlükdə, qədim İpək Yolunun bərpası işində Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çox böyük əhəmiyyəti var. Bir sözlə, bu layihə artıq qlobal xarakter daşıyır və üç ölkənin səmərəli işbirliyi, əməkdaşlığı bunu mümkün etmişdir.

Mən bu fürsətdən istifadə edib bir daha demək istəyirəm ki, bizim həm Türkiyə, həm də Gürcüstanla ikitərəfli münasibətlərimiz ən yüksək zirvədədir. Bu münasibətlər qardaşlıq xarakteri daşıyır, xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır, belə nəhəng layihələrin həyata keçirilməsinə imkan yaradır. Çünki bu gün Azərbaycanda icra olunan layihələr dünyanın ən böyük enerji layihələridir. Dünyanın gələcəyi isə enerji mənbələri ilə bağlı olacaqdır. Artıq bunu hamı bilir və hamı görür ki, enerji təhlükəsizliyi ölkənin ümumi təhlükəsizliyinə çox böyük töhfə verir. Enerji müstəqilliyi ölkənin müstəqilliyini möhkəmləndirir.

Gürcüstan və Azərbaycan gənc müstəqil dövlətlərdir. Biz yalnız 15 il bundan əvvəl müstəqilliyimizi bərpa etmişik və bizim üçün müstəqillik ən yüksək, ən böyük nemətdir, ən böyük sərvətdir. Bakı-Tbilisi-Ceyhan bizim müstəqilliyimizi möhkəmləndirəcək, enerji müstəqilliyimizi təmin edəcəkdir. Belə olan halda, biz müstəqil siyasət apararaq, xalqlarımızın rifah halını yaxşılaşdıracağıq, milli maraqlarımızı daha da inamla müdafiə edəcəyik. Ona görə Bakı-Tbilisi-Ceyhan layihəsinin çox geniş aspektləri var. Bu gün bunların hamısını sadalamaq çox vaxt aparar. Bir sözlə, bu, strateji əhəmiyyət daşıyan, ölkələrimizin müqəddəratını təmin edən, xoşbəxt gələcəyini təmin edən layihədir.

Bu gün mən çox xoşbəxtəm ki, buradayam. Ceyhan terminalına da Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adı verilmişdir. Bu, təsadüfi deyildir. Heydər Əliyevin adını həm Bakı-Tbilisi-Ceyhan, həm də Ceyhan terminalı daşıyır. Heydər Əliyev bu layihələrin təşəbbüskarı, onların memarı olmuşdur. Mən bu gün çox təəssüf edirəm ki, o, bu günləri görmədi. Allah ona bunu nəsib etmədi. Amma inanıram ki, onun ruhu bu gün bizimlədir. Bizimlə bərabər onun ruhu bu gün şaddır. Azərbaycan, Gürcüstan və Türkiyənin işbirliyi, qardaşlığı, əməkdaşlığı bundan sonra da möhkəmlənəcək və bizim bölgəyə sülh, sabitlik gətirəcəkdir.

Əziz dostlar, bu gözəl, tarixi hadisə münasibətilə sizin hamınızı bir daha ürəkdən təbrik edirəm, qardaş türk, gürcü və doğma Azərbaycan xalqlarına sülh, əmin-amanlıq, xoşbəxtlik arzulayıram. Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq