CƏMİYYƏT


İcazəsiz ov edənlər cərimələniblər

Bakı, 28 noyabr, AZƏRTAC 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşlarının keçirdikləri reydlər zamanı Cəlilabad və Neftçala rayonlarının Zəvvar və Mahmudçala ovçuluq təsərrüfatlarının ərazilərində icazəsiz ov edən şəxslər saxlanılıblar.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, araşdırma zamanı brakonyerlərin Cəlilabad rayon sakinləri Ceyhun Allahverdiyev, Rafiq Məmmədov və Neftçala rayon sakini Famil Mirzəyev olduğu müəyyənləşib. Onlardan qaşqaldaq quşları, ov silahları və taxta qayıq götürülüb.

Saatlı rayonunda keçirilən reyd zamanı isə icazəsiz ova cəhd edən Kamallı kənd sakini Nemət Mirzəzadə saxlanılıb. N.Mirzəzadədən ov tüfəngi götürülüb.

Faktla bağlı brakonyerlər barəsində akt, protokol tərtib olunub və onlara, ümumilikdə, 4125 manat məbləğində ziyan və cərimə tətbiq edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.