MƏDƏNİYYƏT
İçərişəhərdə Nazim Məmmədovun əsərləri sərgilənir
Bakı, 8 dekabr, AZƏRTAC
İçərişəhərdə yerləşən “Art Tower” rəsm qalereyasında tanınmış rəssam və rejissor Nazim Məmmədovun xatirəsinə həsr edilmiş sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Arts Council Azerbaijan”nın təşkilatçılığı ilə reallaşıb. Dekabrın 10-dək davam edəcək sərgidə 30-dək sənət əsəri nümayiş olunur.
Nazim Məmmədovun adı Azərbaycanın animasiya tarixində xüsusi yer tutur. Respublikamızda ilk cizgi filmlərinin müəllifi olan N.Məmmədov Azərbaycanda animasiyanın inkişafına əvəzsiz töhfələr verib. O, rəngkarlıq, qrafika janrı ilə məşğul olmaqla yanaşı, uşaq kitablarına illüstrasiyalar çəkib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.03.2023 [12:26]
Rəngkarlıq Muzeyində ustad dərsi - “Özünü kəşf et”
- 30.03.2023 [10:40]
“Artım”da sərgi – “Dərman aradım dərdimə”
- 29.03.2023 [15:30]
“Azərbaycanım” adlı uşaq rəsm müsabiqəsi elan olunub
- 17.03.2023 [20:07]
Rəssamlar İttifaqında Tural Anaroğlunun ilk fərdi sərgisi açılıb
- 17.03.2023 [18:51]
Tural Anaroğlu: Sərgidə 43 rəsm əsərim nümayiş olunur
- 11.03.2023 [10:25]
“Baharın rəngləri” adlı rəsm müsabiqəsinin yekun sərgiləri açılacaq
- 10.03.2023 [14:44]
Həvəskar rəssamların təsviri sənət sərgisi açılıb
- 03.03.2023 [14:39]
Bakıda “Harmoniya” adlı qrup sərgisi açılacaq
- 03.03.2023 [13:38]