CƏMİYYƏT


İctimai Səhiyyə və İslahatlar Mərkəzində təlim təşkil edilib

Bakı, 26 dekabr, AZƏRTAC

Dekabrın 26-da Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Səhiyyə sistemində islahatların idarə edilməsi. Səhiyyə iqtisadiyyatı” mövzusu üzrə təlim təşkil olunub. Təlimin üç gün davam etməsi nəzərdə tutulub. Bu barədə AZƏRTAC-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

İSİM-in direktoru Qəhrəman Haqverdiyev bildirib ki, səhiyyə sistemində genişmiqyaslı islahatların aparılması ölkə rəhbərliyi tərəfindən müəyyən edilən uzunmüddətli inkişaf strategiyasının mühüm istiqamətlərindən biridir. Səhiyyə sistemində islahatların davam etdirilməsi, ölkə əhalisinin keyfiyyətli və əlverişli şərtlərlə tibbi xidmətlə təmin olunması “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında xüsusi yer tutur. Konsepsiyada səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni tibb müəssisələrinin tikintisi, əsaslı təmiri və yenidən qurulması, onların ən müasir tibb avadanlıqları ilə təchiz edilməsi, səhiyyə islahatlarının planlı şəkildə davam etdirilməsi nəzərdə tutulub.

Səhiyyə Nazirliyinin tibbi yardımın təşkili şöbəsinin müdir müavini Nabil Seyidov səhiyyə xidmətinin keyfiyyətinə tələbatın ildən-ilə yüksəldiyini vurğulayıb. O deyib ki, əhaliyə keyfiyyətli səhiyyə xidmətlərinin göstərilməsi Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin təməl prinsiplərindəndir. Tibb elminin, texnologiyaların sürətli inkişafı səhiyyə sahəsində islahatların aparılmasını, yeniliklərin tətbiqini zərurətə çevirir. Bu, fasiləsiz prosesdir və həmişə davam edəcək.

İranlı mütəxəssislərin iştirakı ilə təşkil olunan təlimdə səhiyyə sistemində idarəetmənin təkmilləşdirilməsi, islahatların aparılması, tibb müəssisələrinin maliyyələşməsi, xəstəxana xərclərinin idarə edilməsi kimi aktual məsələlər ətrafında fikir mübadiləsi aparılacaq, beynəlxalq təcrübə təhlil ediləcək və qiymətləndiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.