Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

İctimai-Siyasi Sənədlər Arxivi tərəfindən "Azərbaycan mənim ürəyimdir..." adlı tədbir təşkil edilib VİDEO

Bakı, 18 may, AZƏRTAC

Mayın 18-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivi tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə "Azərbaycan mənim ürəyimdir..." adlı tədbir təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin müavini Leyla Məmmədova açılış nitqi ilə çıxış edib. Qeyd olunub ki, öz taleyini Azərbaycanın dövlətçilik və tərəqqi salnaməsinə çevirmiş Ulu Öndər Heydər Əliyevin ömrü bütövlükdə Azərbaycan dövlətinin inkişaf tarixinin parlaq bir hissəsidir. Bu baxımdan Ulu Öndərin zəngin, çoxşaxəli irsinin tarixi və müasir geosiyasi reallıqlar müstəvisində öyrənilməsində, yeni nəslə ötürülməsində Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi, Azərbaycanda və xaricdə çoxsaylı tədbirlərin keçirilməsi mühüm əhəmiyyət daşıyır.

Bildirilib ki, Ümummilli Liderin xatirəsinə ehtiram əlaməti olaraq Prezidentin İşlər İdarəsi də silsilə xarakterli tədbirlər keçirir, ölkəmizin inkişafında misilsiz xidmətlər göstərmiş bu dahi şəxsiyyəti dərin rəğbət və minnətdarlıq hissi ilə yad edir.

Ulu Öndərin xalqına, onun qədim tarixinə və mədəniyyətinə arxalanaraq, bütün müdrikliyini, enerjisini, iradəsini doğma respublikasının tərəqqisinə yönəldərək, ürəyində və ruhunda Azərbaycanla qovuşaraq, ölkəmizi yüksəklərə qaldırdığını vurğulayan Leyla Məmmədova qeyd edib ki, Heydər Əliyevin xalqın Ümummilli Lideri kimi böyüklüyü həm də onun irəli sürdüyü ideyaların gələcəkdə də davamını görməsində və bunun üçün strateji hazırlıqlar aparmasında olub. Heydər Əliyevin müəyyənləşdirdiyi milli dövlətçilik kursunun Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi bu siyasətin böyük uğurudur. Dövlətimizin başçısı öz qətiyyəti, strateji baxışı, yüksək liderlik keyfiyyətləri ilə ölkəmizin davamlı inkişafının, ərazi bütövlüyünün və regionda yeni geosiyasi reallıqların memarı olmaqla Azərbaycanı tarixinin ən qüdrətli mərhələsinə yüksəldib.

Leyla Məmmədova çıxışının sonunda bildirib ki, müasir ölkə tarixinin 30 ildən artıq bir dövründə respublikamıza rəhbərlik etmiş dahi şəxsiyyət Heydər Əliyevin əmanəti olan müstəqil Azərbaycanı və onun dövlətçilik salnaməsində yaratdığı bu irsi qoruyub saxlamaq hər birimizin şərəfli vəzifəsidir.

Sonra İctimai-Siyasi Sənədlər Arxivinin direktoru Elmira Ələkbərova "1969-1982 - Azərbaycanın inkişaf tarixinin parlaq səhifələri" adlı məruzə ilə çıxış edib. O bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev iki fərqli ictimai-siyasi quruluşda Azərbaycana rəhbərlik etmiş, hər iki dövrdə ölkənin ən ağır vəziyyətində, ən taleyüklü məqamlarda hakimiyyətə gəlmiş, bütün gücünü, fitri istedadını, müdrikliyini Vətənimizin mənafeyinə, nüfuz və qüdrətinin artmasına, milli birliyin bərqərar olunmasına yönəldib. E.Ələkbərova qeyd edib ki, dahi siyasi xadimin 1969-1982-ci illərdə həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində respublika iqtisadiyyatında mühüm struktur dəyişiklikləri aparılıb, sənayenin bütün sahələrində inkişafa nail olunub, yeni sənaye sahələri yaradılıb, mütərəqqi texnologiyaların istehsalata tətbiqi əsasında Azərbaycan sənayesi SSRİ-de qabaqcıl mövqeyə yiyələnib.

Sovetlərin tərkibində olduğu zaman belə müstəqil siyasət yürütməyə qadir olan Heydər Əliyevin ölkəyə rəhbərliyinin elə ilk illərindən Azərbaycanın xarici ölkə rəsmilərinin və kütləvi informasiya vasitələrinin diqqətini cəlb etdiyini vurğulayan E.Ələkbərova deyib ki, həmin dövrdə xüsusilə Türkiyə mətbuatı Azərbaycana və Heydər Əliyevin şəxsiyyətinə geniş yer ayırıb, xüsusi hörmət və ehtiramını ifadə edib.

Diqqətə çatdırılıb ki, Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətini əks etdirən sənədlərin araşdırılması, təhlili və gələcək nəsillərə ötürülməsi böyük siyasi və mənəvi əhəmiyyət təşkil edir İctimai-Siyasi Sənədlər Arxivi tərəfindən Arxivdə mühafizə olunan, 1969-1982-ci illəri əhatə edən qiymətli sənədlərdən ibarət zəngin mirası gənc nəslə ötürmək üçün həmin sənədlər incələnib, 2017-2023-cü illərdə o dövrdə görülən işlərin müəyyən hissəsini əks etdirən sənədlərdən ibarət 10 cildlik toplu və bu topluya göstərici hazırlanaraq nəşr olunub. “Belə bir məsuliyyətli vəzifəni yerinə yetirə bildiyimiz üçün biz qürur duyuruq və hər bir sənədi incələdikcə, bu günün prizmasından baxaraq, Ulu Öndərin dərin zəkasına, siyasi uzaqgörənliyinə bir daha heyran qalırıq, - deyə o əlavə edib.

Yubiley tədbirində, həmçinin Milli Məclis sədr müavini, tarix elmləri doktoru, professor Fəzail İbrahimli "Heydər Əliyev və türk dünyası", parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, siyasi elmlər doktoru, professor Hicran Hüseynova "Azərbaycanda dövlət qadın siyasəti" mövzusunda məruzələrlə çıxış ediblər.

Milli Məclisin deputatı, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov isə çıxışında Ulu Öndərin ölkəmizin çətin zamanlarında Azərbaycanın xilaskarı olduğunu və ölkəmizin inkişafı istiqamətindəki əvəzsiz xidmətlərindən, bu dahi şəxsiyyətin tariximizdəki əvəzsiz rolundan geniş söhbət açıb.

Sonra İctimai-siyasi Sənədlər Arxivində mühafizə olunan 1969-1982-ci illərə aid qiymətli sənədlər əsasında hazırlanan və Ulu Öndər Heydər Əliyevin şərəfli ömür yolundan bəhs edən "Quruculuq salnaməsi. Başlanğıc..." adlı sənədli xronika nümayiş olunub.

Tədbir çərçivəsində İctimai-Siyasi Sənədlər Arxivində mühafizə olunan qiymətli sənədlərdən və 2017-2023-cü illərdə Arxiv tərəfindən nəşr olunan kitablardan ibarət sərgi nümayiş etdirilib.

Bələdçilər tərəfindən tədbir iştirakçılarına sərgidə nümayiş olunan hər bir stend üzrə geniş məlumat verilib.

İctimai-Siyasi Sənədlər Arxivi tərəfindən "Azərbaycan mənim ürəyimdir..." adlı tədbir təşkil edilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar