CƏMİYYƏT


İctimai Televiziya və Radio Yayımları Şirkəti daha bir məşhur layihənin lisenziyasını alıb

Bakı, 9 aprel, AZƏRTAC

İctimai Televiziya və Radio Yayımları Şirkəti daha bir məşhur layihənin lisenziyasını alıb.

Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, İTV “Talpa Global B.V” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Sənədə əsasən şirkətin əsas layihəsi yeni mövsümdən etibarən İctimai Televiziyada yayımlanacaq.

Müsabiqəyə ilk olaraq uşaqlarla start veriləcək. Özünü bu səhnədə görmək istəyənlər öncə qeydiyyatdan keçəcəklər. Uyğun sayılan iştirakçı seçim mərhələsinə dəvət ediləcək və məharətini münsiflər heyətinə göstərməyə çalışacaq.

Daha sonra isə eyni qayda əsasında böyüklərin yarışı start götürəcək.

Telelayihədə iştiraka dair kastinq və digər məlumatlar haqqında yaxın günlərdə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, “Talpa Global B.V” “Səs” (The voice) kimi yüzlərlə tamaşaçı auditoriyası olan məşhur mahnı müsabiqəsinin müəllifidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.